“Teleqraf Holding” və “APA Holding”də nə baş verir? - 6 sayt bağlandı

img

02-03-2015 [11:29]


Martın 1-dən etibarən "Teleqraf Holding” və " APA Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib.

Məlumat üçün bildərək ki, artıq bir neçə gündür həmin şirkətlərə daxil olan "Kult.az”, "Tabloid.az”, "İsvestiya.az” və "Kulis.az”, "Ailem.az” , "Avtolent.az” saytlarına giriş dayandırılıb. Sözügedən media holdinglərin daxilində fəaliyyət göstərən bu sahəvi saytların bir çoxu yeni fəaliyyətə başlamışdı.
Məsələni dəqiqləşdirmək üçün "Qafqazinfo” media rəhbərləri ilə əlaqə saxlayıb. "APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, bu gün şirkət bununla bağlı xüsusi açıqlama yayacaq və əlavə şərh verməkdən imtina edib.
"Teleqraf Holding”in rəhbəri Aynur Camalqızı isə məşğul olduğunu və hazırda danışa bilməyəcəyini bildirib.
Əldə etdiyimiz digər məlumatlara görə, fəaliyyəti dayandırılan saytlar Holdinglərdəki digər saytlara birləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA