02-03-2015 [00:09]
Hər dəfə qanvermə kampaniyalarıyla bağlı elanları, çağırışları oxuyanda məndə müxtəlif xatirələr oyanır. Düzünü desəm həyatımda çox donorluq etsəm də, bu çağırışlardan yalnız ikisində iştirak etmişəm. Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının təşəbbüsü ilə keçirilən qanvermə kampaniyası isə həyatımda hələ ki, üçüncü olacaq. Qarabağ müharibəsinin getdiyi dövrdə, Bakı Süd Kombinatında kadrlar şöbəsində işlədiyim vaxt ilk dəfə qanvermə aksiyasının iştirakçısına çevrildim.
SÜRÜCÜLÜK VƏSİQƏSİ VƏ QAN
Ona qədər qan verməyə qarşı bir ikrah hissi vardı məndə. Və bu hiss elə-belə yaranmamışdı. Çox gülməli də olsa deyim. Sovet dövründə sürücülük vəsiqəsi almaq üçün tibbi müayinədən hamı keçirdi. Amma orda belə bir tələb də vardı. Bilmirəm qanuni idi, ya qanundan kənar, amma qan verməsəydin sənə tibbi arayış vermirdilər. Qan vermək istəməsəydin gərək 25 rublundan olaydın. Amma onu da bilmirdim ki, pul qanuni tələbdir, yoxsa rüşvət. Mənə də bu tələbi irəli sürəndə tibb komissiyasını yaman pərt elədim. Yox, yazmaqla, atamla hədələmədim. Onda heç qələmim də yox idi. Sadəcə sarılıq xəstəliyi keçirməyimlə bağlı kağızı onlara göstərdim. Vəssalam.
YENİDƏN DOĞULDUM
İlk dəfə qan verməyim elə bil ki, məni yenidən həyata qaytardı. İştahım açıldı. Gecəni daş kimi yatmağa başladım. Səhər saat 9-da işə gəlməli olan adam 12-də güclə yuxudan dururdum. Və o vaxtdan qanvermək, donor olmaq həvəsi yarandı məndə. AzTV-də işləyərkən Nəsimi bazarının yanındakı qanvermə institutunda keçirilən aksiyaları işıqlandırmaqla yanaşı, həm də iştirakçıya çevrilirdim. Özüm könüllü qan verməyə gedəndə isə sənədimi təqdim etmirdim. Adımı isə Məhəmmədov Məhəmməd Məhəmməd oğlu deyirdim.
İLK QAN
Donor, qanvermək sözünü ilk dəfə atamdan eşitmişəm. Atam ömründə qan verməmişdi. Onda donorluğa qarşı bir nifrət hissi yaranmışdı uşaqlıqda. Bu haqda danışır, amma qələmə almırdı. Nəhayət 2000-ci ildə 74 yaşında bu hisslərini əks etdirən "Anamın qanı” şeirini yazdı. Müharibə vaxtı – 1942-ci ildə 16 yaşlı Qabil evə gəlir və görür ki, stolun üstündə nələr yoxdur.
Bir gün dərsdən evə gəldim:
Bu nə deməkdir?
Bu nə süfrə, bu nə dəsgah, bu nə yeməkdir?
Lap ağ çörək... qolbas... süzmə... holland pendiri,
Hələm-hələm ələ düşməz dənəvər kürü...
Kərə yağı... şəkər tozu... mürəbbə, filan...
Qara çörəyin talonla verildiyi bir dövrdə gənc Qabil dul qalmış anasına heç nə demir. Amma bu yeməkləri də nuşcanlıqla yemir. İkinci dəfə bu süfrəni görəndə etiraz edir. Ürəyində qövr edən şübhələri anasının üzünə vurur. Ortaya qoyduğu nemətlərə "zəhrimar” deyir. Cavabında isə anası:
-Zəhrimar demə, bu zəhrimara, oğlum,
Gedirəm qan verirəm, yaralılara, oğlum.
Tapılmayan bu şeylər taqətimçün verilir.
Yenə də qan verməyə növbətimçün verilir.
Bu süfrə, bu naz-nemət qanıma əvəz, oğlum!
Get, ay anası ölmüş, get arxayın gəz, oğlum!
Qabil də bu cavabdan sonra:
Düşdüm ayaqlarına məsum anamın bu dəm:
-Ay anam, belə çıxır mən qanını yeyirəm?
Qan bahası süfrəni bir də açsan əgər sən,
Axtarma, baş götürüb qaçacağam bu evdən.
Məhz bu hadisəyə görə Atam qanverməkdən nəinki xoşu gəlmirdi, hətta nifrət edirdi. Çünki müharibə vaxtı "anasının qanı”nı yemişdi.
20 YANVAR VƏ QAN
Hər dəfə 20 Yanvar gələndə, "bu bizim qan yaddaşımızdır” kimi pafoslu sözlər eşidəndə əsəbləşirəm. 20 yanvar bizim qan yaddaşımız yox, gözümüz qorxudulan gündür. Qan gördük, qorxduq. Hər tində, küçədə, məhlədə dayanan, indi cəllad adlandırdığımız sovet ordusunun əsgərlərinə, tanklara, BMP-lərə nəinki hücum edib, qanımızı almadıq, heç yerdən balaca bir daş da götürüb atmadıq. Çünki qan görmüşdük. Qandan artıq qorxurduq. Ona görə də mən "20 Yanvar şəhidləri” yox, 20 Yanvar günahsız qurbanları deyirəm. Heç bir maneçilik törədilmədən salınan Şəhidlər xiyabanı isə bizə verilən qan bahası idi. "Ağlayın, sakitləşin, bir də belə dikbaşlıq etməyin. Yoxsa...” Bu mənim subyektiv fikrimdir.
Amma mən bundan danışmaq istəmirəm. O müdhiş gecədə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin tələbə və müəllim heyətinin və həkimlərin qəhrəmanlığını qeyd etmək istəyirəm. O gecə saysız-hesabsız yaralılara qulluq edən, qan verən məhz onlar idi. Mütəşəkkil şəkildə, heç bir çağırış olmadan. Amma nədənsə bunları yadımızdan çıxarmışıq.
İKİNCİ QANVERMƏ AKSİYASI
İkinci dəfə qanvermə aksiyasına işlədiyim təşkilatdan qoşuldum. Özü də çox həvəslə. Kollektivdən cəmi 10-15 faiz işçi gəlmişdi. Qan verdik. Bir stəkan çayla şəkərbura, paxlava yedik. Sonra da getdik işimizə-gücümüzə. Səhəri işə gələndə divara asılan bir əmr gördüm. "Aksiyada iştirak edənlərə pul mükafatı verilsin”. Özü də maaşın yarısı qədər. Kampaniyada iştirak etməyənlərin üzündə bir peşmançılıq oxunurdu: "Bilsəydik mükafat olacaq, gələrdik”.
QAN NƏDİR
Qan qırmızı rəngdə olur. Hər insanın bədənində cəmi-cümlətanı 5 litr olur. Amma mənim aləmimdə qan insandır. O da insan kimi qruplara bölünür. Qan da (rezusu) insan kimi mənfi-müsbət olur. Qana qırmızı rəng vermişik. Əslində onun eritrositləri sarı və yaşıl rəngdədir. Onlar bir-birinə qarışanda qırmızı rəngə çalır. Eynən insanlarda da mənfi çalarlar – xəyanət, daha nələr sarı rəng, yeni həyat, canlanma yaşıl rəng anlamını verir. Deməli mənfi-müsbət cəhətlərimiz də elə qanla ötürülür. Cövhərimizdə olur. 1-ci qrup qanı olanlar bütün qruplara donorluq edə bilir. Lap birinci sort insanlar kimi. Hər şeyi var, bütün nəslini saxlayır. Hətta qonşularına, qapısına gələnlərə də kömək edir. 4-cü qrup qanı olanlar isə donorluq edə bilmir, ancaq bütün qruplardan qan ona düşür. Lap kasıblar kimi. Verməyə heç nəyi yox, ancaq almağı, istəməyi bacarır. Əsla, elə başa düşməyin ki, həm də həmkarlarıma söz atıram. "4-cü hakimiyyət” ifadəsinin, 4-cü qrup qana heç bir aidiyyatı yoxdur.
Qan simsiz teleqrafdır. Həkim hansısa orqana təcili teleqram, xəbərdarlıq, yəni dərman göndərib sağaltmaq istəyirsə, onu qanla göndərir. Damarına iynə vurmaqla. Müharibə elan etmək istəyəndə isə sistem qoşur. Qalib də gəlir, məğlub da olur. Qan təkcə qırmızı rəngdə olmur. Qanın qara rəngə çalan vaxtı da olur. Bir keyfimiz olmayanda, qüssə-kədər içində olanda, bir də öləndə.
BAYRAQ VƏ QAN
Sovet dövrü atamın və ziyalı dostlarının dilindən bu iki misranı tez-tez eşidirdim:
Bayrakları bayrak yapan üstündeki kandır,
Torpak, eger uğrunda ölən varsa Vatandır.
O vaxt bilmirdim ki, bu misralar Mithat Cemal Kuntay adlı birinin "On beş ili qarşılarkən” şeirindən iki misradır. Amma o vaxtlar çox məşhur idi. Türkiyə, SSRİ bayrağındakı qırmızı rəngləri də məhz qanın rəngiylə əlaqələndirirdilər. Azərbaycan bayrağında da qırmızı rəng var. Düzdür mənası başqadır. Amma mən həmişə onu qanla əlaqələndirmişəm. Uşaqlıqdan yaddaşıma həkk olunan məhz bu iki misraya görə.
QANVERMƏ KAMPANİYALARI
Hər dəfə qanvermə kampaniyalarına baxanda, insanların bu aksiyalara fəal qoşulmasını görəndə sevinirəm. Uşaqlıqdan yaddaşıma zəncirvurmaq, baş yarmaq, sinə döymək kimi həkk olunan Məhərrəmlik ayı da bu humanitar aksiya sayəaində mənə doğmalaşıb. Amma bir məsələ məni daha çox narahat edir. Verilən bu qanlar sonradan yoxlanıldıqda, neçə faizi yararlı sayılır? Yoluxucu, qepatit xəstəliklərinin yayıldığı bir vaxtda alınan qanların hamısı işə yarıyırmı?
İLK DƏFƏ GÖRDÜYÜM QANVERMƏ PROSESİ
Uşaq idim. 4 yaşım vardı. Yaxın bir qohumumuz xəstə idi. Demək olar ki, ölürdü. Artıq çadır, stol-stul, stəkan, samavar tədarükünü də başlamışdılar. Bu anda bir savadlı həkim bütün gözləntiləri alt-üst etdi. Dedi ki, cərrahiyyə müdaxiləylə xəstəni sağaldacağam. Birdən qan lazım oldu. Xəstənin qan qrupu da, rezusu da nadir qan qruplarından çıxdı. Nə qədər axtrdılar tapa bilmədilər. Əlac ona qaldı ki, Lənkəranda yerləşən hərbi hissələrdən birinə müraciət etsinlər. Əlbəttə ki, hay verən tapıldı. Beş sovet əsgərinin sifəti indi də yadımdadır. Gəldilər qan verdilər. Ölümünə hazırlaşdığımız o qohumun o vaxt 32, mənimsə 4 yaşım vardı. İndi isə onun 77, mənimsə 49 yaşım var. İkimiz də sağ-salamatıq.
ERMƏNİ VƏ QAN
Bu mövzuda yazmışam. Amma qısa xatırlatmaya ehtiyac var. Yəhudilərdə və ermənilərdə qan əsas anlayışlardandır. Özü də ki, ana qanı. Anası yəhudi olana avtomatik olaraq vətəndaşlıq verilir. Ermənilər isə dünyanı öz qadınlarını müxtəlif millətlərə ərə vermək hesabına erməniləşdirə-erməniləşdirə, özünküləşdirə-özünküləşdirə gedirlər. Çünki qan, həm də koddur. Millətin kodu.
TƏSƏLLİ QANI
Bu gün Azərbaycan müharibə şəraitində olsa da, yaralılarımız yoxdur. Yəni ki, qana bu sarıdan ehtiyacımız yoxdur. Heç olmasın da... Amma çox heyf ki, qan bu gün dərmana çevrilib. Özü də zəruri bir tibbi preparat kimi.
Atam Qabili yüksək təzyiqlə 2005-ci il noyabrın 30-da Mərkəzi Klinik Xəstəxanaya çatdırdıq. Elə oldu ki, yeddi gün mən gecə-gündüz yanında qalmalı oldum. Kardioloji şöbədə ayrıca palata olmadığından, ora bitişik qan xəstəlikləri şöbəsində palata ayırdılar. Amma bu cür xəstələr gözə dəymirdi.
Mən əvvəllər burda çəkilişdə olmuşdum. Azərbaycanda ilk dəfə ilik köçürülməsi əməliyyatı keçirilmişdi. Bu əməliyyatı qan xərçəngi xəstələrini həyata qaytarmaq üçün edirlər. Düzdür köməyi olmuşdu, amma cəmi 6 ay. Daha doğrusu ömrünü uzatmışdılar.
Nə isə. Gecə 11-də bir də gördüm ki, səs-küy qalxdı. Axşam 8-dən sonra kimsənin daxil ola bilmədiyi bir xəstəxanada 5-6 nəfər dəhlizdə bir-birinə dəymişdi. Dedim yəqin ağır xəstə gətiriblər. Ona görə. Palataya keçdim. Atamın venasına gecə-gündüz sistem qoymuşdular. Mən də nəzarət edirdim. Bir də gördüm ki, mühərrik səsi gəlir. Sanki hardasa işıqlar sönüb, generatoru işə salıblar. Qapını açıb dəhlizə çıxdım. Həmişə bağlı olan üzbəüz qapı açıq idi. Bir böyük aparat vardı orda. Onun səsi idi. Bir nəfər də aparatın yanındakı yarıoturaq çarpayıya uzanmışdı. Yumruğunu açıb-yumurdu. Xəstəyə heç oxşamırdı. Rəngi-ruhu yerindəydi. Dəhlizdə daha 4-5 adam əyləşmişdi. Biri isə əlində telefon kiminləsə danışırdı. "Gəlirsən? Tez elə. Qurban olum, tez çatdır özünü”.
Palataya keçdim. Baş verənləri anlamırdım. Bu vaxt sistemə qoşulan dərmanın azaldığını gördüm. Dəhlizə çıxıb şəfqət bacısını səslədim. Hay vermədi. Palataları gəzməyə başladım. Birini açıb içəri girəndə sadəcə qorxdum. Çarpayıda sanki kinolarda, multfilmlərdə gördüyüm xortdan uzanmışdı. Gözləri açıq idi. Skletə bənzəyən başı, sifəti sapsarı idi, sanki həyat əlamətləri yox idi. Gözlərini mənə zilləmişdi. Birdən dodaqları qaçdı. Gülümsədi. Anlamadım ki, niyə. Şəfqət bacısına sözümü deyib otaqdan çıxdım. Sistemi dəyişməyə gələndə izah elədi ki, bəs palatadakı qan xəstəsidir, xərçəngdir. Bu aparat isə qandan onlar üçün xüsusi dərman hazırlayır. Bir müddət vəziyyətini düzəldir. Ağırlaşan kimi yenidən xəstəxanaya qaçırdırlar yiyələri. Ta canını tapşıranacan xəstə yiyələrinin donor tapmaq əziyyəti, əzabı davam edir.
İki gündən sonra həmin xəstəni evə yazdılar. Kolyaskada şöbədən çıxaranda mən də dəhlizdəydim. Keçəndə üzümə baxdı. Elə gülümsəyirdi. Yenidən həyata qayıtdığı üçün. Onda anladım ki, palataya qəfil girəndə, o da məni görəndə niyə sevinirmiş. Elə bilibmiş ki, mən də donoram. Ona dərman – qan verməyə gəlmişəm. Bununla razılığını bildiririmiş. O bir həftədə üç elə xəstə gördüm. Sadəcə qıraqdan baxıb müşahidə edirdim. Xəstəni yox, 8 yaşlı qızın ata-anasının, 30 yaşlı qadının dul olmağa namizəd ərinin çəkdiyi əzab və iztirablarını. Onlara sadəcə qan lazım idi. Onu da çətinliklə də olsa əldə edirdilər. Bu sadəcə dərdə əlac edəcək dərman-qan deyildi, bu təsəlli qanı idi.
ELŞAD EYVAZLININ ÇAĞIRIŞI
Mən buna çağırış deyirəm. Amma o, "Xahiş edirik” yazıb və həmkarlarını, dostlarını martın 2-də qanvermə aksiyasına dəvət edib. Mən də gedəcəyəm. Və bu təşəbbüsü alqışlayıram. Amma feysbuk səhifəsində bir nəfərin bu çağırışa "Qan veririk, amma şərəfsizlər onu 85 manata satır” deyə reaksiya verməsi, şərh yazması məni yaman əsəbləşdirdi. Əlində paçkayla pulu ola-ola, xəstəsinə qan, donor tapa bilməyən şəxsləri göz önümdən keçirtdim. Ona cavab vermək fikrim yoxdur. (Sözündə hardasa həqiqət də var. Amma bu təşəbbüsün mahiyyətinə dəxli yoxdur) Sadəcə bu məqalədə xatirələrimi, müşahidələrimi yazdım. Yazdım ki, anlamayanlar da anlasın. Qanın qiyməti yoxdur. Qan qiymətsizdir. İstər bayraqda, istər genofondda, istər müharibə vaxtı, istərsə də sülh şəraitində belə xəstələrə şəfa vermək üçn hazırlanan dərmanlara işlənən xammal kimi. Hələ "qan bahası”nı demirəm.
Prezident İlham Əliyev VI Məhəmmədə məktub göndərib - MƏTN
Dövlət sərhədinin pozulmasının qarşısı alınıb
Daha bir xəstəxananın rəhbər heyət dəyişib
Mərkəz rəhbərinin həbsinə səbəb olan vəkil: "Mənim Fikrət Cəfərlini tutdurmağım ifadəsi düzgün deyil"
Sərdar Cəlaloğluna qarşı şikayət icraata götürüldü
İxtisas seçimi nə vaxt başlayacaq? - Açıqlama
Ankarada FETÖ-yə qarşı növbəti əməliyyat: tutulanlar var
Fukusima Atom Elektrik Stansiyası boşaldılıb - Zəlzələdən sonra...
Rusiyada 8,8 bal gücündə zəlzələ olub - VİDEO
İsrailin Azərbaycandakı yeni səfiri Bakıya gəlib - VİDEO
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
Cəbrayıl şəhərinə daha 44 ailə köçürüldü
Bu gün Binəqədidə qaz olmayacaq
TRAMP PUTİNƏ VAXT VERDİ: "Açığı, o, müharibəni davam etdirmək istəyir, çox təəssüf..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda qardaşlar bir-birini qana bulayıb
Ayxan Hacızadə İran səfiri ilə görüşüb - Nələr müzakirə edilib?
“Hilton Baku”da turistlərə şok yaşadıblar - Fantastik qiymət + FOTO
"O vaxt heç kim istəmirdi qızı aktrisa olsun"
“Roşka” ləqəbli tiktoker: "Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam"
"Bəzi üstünlüklərimiz var" - Qurban Qurbanov
"Corab satan" aktyorun bir-birini təkzib edən açıqlaması: "Dəqiq desinlər ki, hansı teatra göndərilirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda isti hava şəraiti davam edəcək - Açıqlama
Ərdoğan İstanbul və Ankarada CHP-yə uduzur - Sorğu
SABİQ NAZİR İDDİALARA SƏRT CAVAB VERDİ: “Nədir? İstəyirsiniz ki, Rusiyaya casusluğu qəbul edim?"
300-dən çox mənzil, aylıq 10 milyon kirayə pulu, 12 mağaza və... - Türk müğənninin sərvəti dodaq uçurtdu
Türkiyə-Pakistan ittifaqı İslam Dünyasını xilas edəcək? - Qərbin texnoloji monopoliyasına son qoyulur
Mingəçevir Dövlət Universitetindən mühüm addım: İki yeni Elmi-Tədqiqat İnstitutu yaradılır
Prezident "Dövlət Proqramı”na dəyişiklik etdi - Sərəncam
Türkiyədə meşələri qəsdən yandıəran daha 4 nəfər tutulub
Ahmet Kabaklı: Türk Mədəniyyəti və Ədəbiyyatının VİCDAN SƏSİ
Nazir: "Qəzza bizim ayrılmaz hissəmizdir"
Misir prezidenti: "Tramp bu müharibəni dərhal bitirə bilər"
Onlar yeni vəzifələrə təyin olundu - SİYAHI (YENİLƏNİB)
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
Müğənni Xatirə İslam Alim Qasımovun qızına irad tutdu: "Bu qızdan nə istəyirsiniz?"
Eşit, inanma… - Təbriz VƏFALI YAZIR
MƏRKƏZİ SƏDRİ HƏBS EDİLDİ - Vəkilin şikayəti əsasında
Oqtay Əsədovun xanımı gəlirlərini artırıb - Rusiyada + DETALLAR
Sabah isti hava olacaq - Proqnoz
Prezident Dövlət Agentliyinə iki milyon manatı ayırıb - Sərəncam
Tramp: "Qəzzada uşaqlar çox ac görünür" - "HƏMAS-ın bir neçə girovu qalxan etməklə ayaqda qalması mümkün deyil"
Ağdamın Xıdırlı kəndinə növbəti köç olub
Məşqçimiz hakimə hücum çəkdi - Rinqdə dava + VİDEO