02-03-2015 [00:00]
2013-cü ildə keçirilən prezident seçkilərindən sonra ölkəmizdə yaranan siyasi durğunluq iqtidar əleyhdarlarının mövqeyinə ciddi zərbə vurub. Müxalifət dü-şərgəsinin son 20 ildə yaratdığı ən böyük birliyin də qələbə qazana bilməməsi cəmiyyətdə siyasi təşkilatlara inamı azaldıb. Bu isə partiyaların daha da pas-sivləşməsinə səbəb olub.
ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev "Reytinq" qəzetinə müsahibəsində deyib ki, Azərbaycandakı siyasi prosesləri qiymətləndirməkdə çətinlik çəkir. Buna səbəb kimi, belə bir prosesin baş vermədiyini əsas gətirir:
- Belə bir durğunluğun olacağı gözlənilirdi. Çünki 2012-2013-cü illərin ortasına qədər yaranmış canlanmanı, müxalifət özünün yanlış siyasəti ilə sink tabuta qoyaraq, açılmasını mümkünsüz edib.
İctimai-siyasi vəziyyəti "tabuta qoyan" səhvləri sadalamaq istəyirəm. Bunlardan biri prezidentliyə vahid namizədin dəyişdirilməsidir.
Seçkiqabağı ABŞ konqresmenləri Azərbaycana göndərilmişdi və dövlət başçısı, Rüstəm İbrahimbəyovun seçkilərə buraxılmasına mane olmayacağına söz vermişdi. Əgər o, ikili vətəndaş adı ilə seçkilərə buraxılmasaydı, onda qeyri-legitimlik məsələsi gündəmə gələrdi. Təəssüf ki, bilərəkdən və ya bilmərəkdən bəzi "liderlər" Rüstəm İbrahimbəyovu "əgər o, ikinci namizədə razılıq verməsə, millət qarşısında seçkiləri pozan şəxs kimi tanınacaq",- fikirləri ilə şantaj etdilər. Nəticədə heç kimin tanımadığı, 5 il parlamentdə oturub ağzına su almış bir şəxs prezidentliyə namizəd oldu. Seçkilərdən sonra isə, nəticələrin total saxtalaşdırıldığını iddia edənlər "mən 65 faizlə seçkini uddum",-dedilər.
Bunun ardınca etiraz mitinqi keçirməyə icazə alıb 1000 nəfərlik mitinqçilərin qarşısında yenidən "mən 65 faizlə uddum",- demək və mitinqçilərin sayı 500 adama enənə qədər hər dəfə bunu təkrarlamaq Qərbin müxalifətə qarşı neqativ fikrini formalaşdırdı. Ona görə də Qərb, "bunlardansa İlham Əliyev qat-qat yaxşıdır",- qərarına gəldi.
Bunlarla yanaşı, proseslər müxalifətin tam deqredasiyasını göstərən istiqamətdə inkişaf etdi. Partiyaların öz aralarında, həm də içərilərində bir-birlərinə qarşı münasibəti, Müsavat Partiyasının saxta seçkisi, AXCP-də daxili çəkişmələr Azərbaycana totalitar rejimdən də ağır zərbə vurdu. Bu səbəbdən də ictimai-siyasi vəziyyətin qiyməti bir sözlə ifadə olunur - Durğunluq!
- Artıq parlament seçkilərinin keçiriləcəyi 2015-ci ilə qədəm qoysaq da, yenə passivlik hökm sürür. Sizcə, səbəb nədir?
- Azərbaycanda axırıncı dəfə parlament seçkilərinə cəhd 2005-ci ildə olub. 2010-cu ildə hər hansı bir aktivliyin şahidi olmusunzsa, siz nadir insanlardan birisiniz. Çünki şəxsən mən, heç bir aktivlik hiss etmədim.
İndi kimlərsə, hansısa səbəbdən aktivləşə bilər. Ancaq hamı bilir ki, bu aktivləşmə evlərin içərisində olan aktivləşmə olacaq və cəmiyyət bunu hiss etməyəcək.
Özünü müxalifət adlandıranların hamısı ağızlarını Prezident Administrasiyasına tutub "bəlkə bu dəfə növbə mənə çatar",- deyirlər. Utanmasalar, hətta uca səslə "nə üçün parlamentə məni yox, filankəsi deputat qoymusan? Axı mən sənin üçün ondan da yaxşı "müxalifət" ola bilərəm",- deyərlər.
- Kimləri nəzərdə tutursunuz?
- Elə hamısını. Çünki bütün müxalifət qüvvələri ümidlərini belə bir təklifin reallaşacağına bağlayıblar.
- Belə olan təqdirdə, müxalifətin durumunu necə qiymətləndirirsiniz?
- 20 ildir eyni insanların nazir olduğu ölkədə demokratiyadan söhbət gedə bilməz. Amma Azərbaycan müxalifəti də hakimiyyətdən fərqlənmir. Çünki 20 ildir eyni insanlar, heç bir nailiyyəti olmayan partiyaların başında dayanırsa, o ölkədə müxalifətin mövcudluğundan danışmağa dəyməz. Real müxalifət olmadığı şəraitdə isə onun durumunu müəyyənləşdirmək gülüncdür.
- Son dövrlər dünyada, eləcə də Azərbaycanda bir sıra dəyişikliklər olub. Bu mənada, hakimiyyətin vəziyyətini necə qiymətləndirirsiniz?
- Dövlət büdcəsinin 80 faizi birbaşa və bilavasitə eksport edilən, təbii xammalın hesabına formalaşan ölkədə heç vaxt stabillik ola bilməz. Bu ölkələrdə vəziyyət ən yaxşı halda, sinusoidal qrafiklə dəyişməyə məhkumdur. Vəziyyət bir başa eksport edilən malın miqdarı və qiymətindən asılıdır.
Azərbaycanda 2006-cı ildən başlanan "inkişaf" 2012-ci ildə sinusoidal maksi-muma çatıb. 2012-ci ildən inkişaf zəif də olsa, azalmağa başlayıb. 2014-cü ilin axırından isə zəifləmə katostrofik sürətlə aşağı enir. Neftin qiymətinin necə də-yişəcəyini proqnozlaşdırmayan hökumət 2015-ci il üçün fantastik bir dövlət büdcəsi qəbul edib. Hökumətin büdcənin bütün maddələrini yerinə yetirmək şansını itirdiyi isə qısa müddət ərzində tam çılpaqlığı ilə üzə çıxacaq.
Manatın məzənnəsinin yuxarı qaldırılması hesabına bankdan verilən kreditlər və import mallar hesabına, eləcə də korrupsiya yolu ilə ildə azı 5 milyard dollara yaxın pul mənimsənilib. İndi fantastik sürətlə azalan valyuta rezervləri fonunda inflyasiya artımı və manatın iflası çox da uzaqda deyildir. Ona görə də hökumət təcili sürətdə büdcədə yerləşdirdiyi izafi xərcləri və proyektləri dayandırmalıdır. Əks halda, ölkədə lokal xaotik çaxnaşmalar qaçılmaz olacaq.
- Deməli, bununla həm də müxalifətə münbit şərait yarana bilər?
- Sözsüz ki, müxalifət narazılıqlardan istifadə etməyə çalışacaq. Ancaq məsələ ondadır ki, camaat müxalifətə hökumətdən də az inanır.
Bu gün azərbaycanlıların 80 faizinin manatın zəifləməsindən xəbəri yoxdur. Xalq əlində olduğu manatla əvvəl aldığı şeyləri ala bilməyəndə, vəziyyətin ağırlığını hiss edəcək.
Bir çoxları qiymət artımlarından Prezidentin xəbərdar olmadığına inanır. Düşünürlər ki, bu gün və ya sabah bu məsələləri həll edəcəklər. Ancaq illərlə yığılmış bu problemləri nəinki bir neçə günə, heç bir neçə ilə də həll etmək mümkün olmayacaq.
- Rəsul bəy, son dövrlər hakim komandada bir sıra dəyişikliklər oldu. Bəzi qurumlar ləğv edildi, bəziləri birləşdirildi. Hökumətin bu addımını necə qiymətləndirirsiniz?
- Çox ehtimal, bu addımlar büdcə xərclərini qismən azaltmaq məqsədi ilə atılır. Ancaq çox bəsit bir işi görsələr, haqq-hesab edib xərclərin fərqinə baxsalar, bu xərclərin ümumi xərclərin heç bir faizini belə təşkil etmədiyini görərlər.
- Bunu ona görə soruşdum ki, həmişə hakimiyyətdən islahat tələb edirsiz. Sizcə, hazırda hansı sahələrdə islahata ehtiyac var?
- Mən dediyim islahatlar fundamental xarakterlidir, ekonomikanın liberallaşdırılması, inhisarçılığın ləğvi, dövlətlə biznesin əlaqəsinin minimuma çatdırılması, yəni, azı 50 dəfə azalmasıdır. Amma çinovnikin rüşvət almasına qarşı, siyasi islahatlarla bağlı fundamental işlərə hazır olan hökuməti görmürəm. Bu islahatlar illərlə sümükləşmiş rejimdə tez bir zamanda nəticə verməz. Şok terapiya, başqa sözlə, şok islahat olaraq, qismən tez nəticə verə biləcək addımlar atmaq mümkün idi.
Məsələn, manatın məzənnəsinə nəzarət etməmək olardı. Belə bir addım manatın məzənnəsinin azı 10 misil düşməsi, inflyasiyanın 100 faiz artması ilə nəticələnə bilərdi ki, hökumət də heç vaxt belə bir riskə getməz. Ancaq nə vaxtsa, belə bir riski üzərinə götürən tapılmalıdır. Çünki neftin qiymətinin və miqdarının artacağına ümid yoxdur.
- Ölkəmizdə bu ilin əsas siyasi hadisəsi parlament seçkiləri olacaq. Çox güman ki, hakimiyyətin struktur və kadr dəyişiklikləri də buna hesablanıb. Ümumiyyətlə, qarşıdan gələn parlament seçkilərindən nə gözləyirsiniz?
- Parlamentdə hansısa dəyişikliyin olub-olmaması hökumətdən asılıdır. Mən bilmirəm, bu gün hansı nazir hansı gücə malikdir, kimin neçə deputatı ola bilər. Ona görə də, ancaq o adamlar nəsə gözləyə bilər, mən yox.
- Mən, həm də parlament vitrininin dəyişib-dəyişməyəcəyini nəzərdə tuturdum. Yeni parlamentin tərkibinin dəyişəcəyi ilə bağlı da çoxsaylı iddialar var. Bu iddiaları inandırıcı sayırsınız?
- Ola bilər. Bu gün parlamentdə oturanlara, Azərbaycanda kifayət qədər klon-lar vardır. Mahiyyəti dəyişmədən, adların dəyişməsinin hansı xeyri ola biləcəyini isə anlamıram. Əgər deputat Prezident Administrasiyasının hansısa instruktorunun tapşırığı ilə çalışırsa, o tipli Azərbaycanda 125 yox, 2250 adam tapmaq olar.
- Müxalifətin bu seçkidə bir araya gəlməsinə ehtiyac duyursunuzmu? Sizcə, müxalifət birləşə biləcəkmi və əgər birləşsə, nə əldə edəcək?
- Bu birləşmənin, ya birləşməmənin elə bir əhəmiyyəti varmı? Təbii ki, yoxdur.
- Siz necə, deputatlığa namizəd olmaq istəyirsiniz?
- Əvvəlcədən nəticəsi məlum olan bir seçkidə iştirak etmək kimi şərəfsiz işi öz üzərimə götürmərəm. Mən 3 dəfə seçkilərdə iştirak etmişəm. 1990, 95, 2005-ci illərdə namizəd olmuşam. Hər hər dəfə də seçkini udmuşam. Hətta 2005-ci ildə ölkədə olmaya-olmaya seçkidə qalib olmuşam və yeganə adamam ki, bütün komissiya üzvlərinin imza atdığı protokollara malikəm. Amma nəticə bəllidir. Ona görə də mənasız işlərə baş qoşmaq istəmirəm.
- Artıq neçə müddətdir ki, siyasi partiyasız fəaliyyət göstərirsiz. Yeni bir partiya qurmaq niyyətiniz varmı?
- Xeyr, yeni partiya yaratmaq fikrim yoxdur. Partiyalar Azərbaycanda özlərini tam diskreditasiya ediblər. Partiya adı eşidəndə camaatda mənfi emosiya yaranır. Bu səbəbdən də ehtiyac görmürəm.
- Rəsul bəy, bildiyiniz kimi, Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı qərarından sonra ölkədə ciddi ajiotaj yarandı. Hökumət narahatlığa əsas görməsə də, reallıq başqa məsələlərdən xəbər verir. Bu barədə nə düşünürsünüz?
- Azərbaycan iqtisadiyyatını böhranın gözlədiyi və bu prosesin qaçılmaz olması haqda son 4-5 ay ərzində dəfələrlə çıxış etmişəm. Manatın məzənnəsinin düşməsi camaat üçün gözlənilməz ola bilərdi, ancaq başlarının iqtisadiyyatdan çıx-dığına inanların şoka düşməsi təəccüblüdür. Bu haqda yazılanları oxuyanda isə, adamın cavab verməyə də həvəsi qaçır. Çünki manatla əlaqədar baş verənlər iqtisadiyyatın ən bəsit, primitiv hissəsinə aiddir, çox sadə iqtisadi qanunlara tabedir və nəticə etibarı ilə istənilən variantda inflyasiya, dərin inflyasiya və defoltla qurtaracaq.
Manatın məzənnəsinin düşməsinə görə Mərkəzi Bankı günahlandırmaq sadəlövhlükdür. Yəni, bankiri qurbanlıq vermək olar, ancaq vəziyyəti dəyişdirmək mümkünsüzdür. Manatın məzənnəsinin düşməsinin əhalinin 80 faizi ilə birbaşa əlaqəsi yoxdur. Ancaq qiymətlərin artması bilavasitə manatın məzənnəsi ilə əlaqədardır.
- Bəs, belə bir vəziyyətin səbəbini nədə görür və nəticəsini necə qiymətləndirirsiniz?
- Azərbaycanın uzun illər apardığı iqtisadi siyasət nəticəsində, manatın məzənnəsi ölkə daxilindəki məhsulun istehsal artımı ilə yox, bir başa eksportdan gələn valyuta kütləsi - ABŞ dolları hesabına tənzimlənib.
Son iki ildə lüzumsuz inşaat işləri, inzibatı orqanlar, Milli Məclis və bir sıra bu qəbildən olan sektor-larda maaşların artırılması nəticəsində illik valyuta kütləsi məzənnəni saxlamağa kifayət etmədiyinə görə, rezervdən bir neçə milyard xərclənirdi. 2014-cü ilin axırından isə vəziyyət tam dəyişdi. Neftin qiymətinin kəskin aşağı düşməsi manatın məzənnəsini saxlamaq, süni surətdə artırılmış maaşları saxlamaq, Birinci Avropa oyunları ilə əlaqədar lazımsız tikintiləri saxlamamaq üçün xərclənən valyutanın kəskin surətdə çatmadığını üzə çıxardı, böyük sürət və miqdarla rezerv valyuta fondu azalmağa başladı. İqtisadi kollapsın astananın ağzında dayandığını iqnor etməyin mümkün olmadığını anlayan hökumət də manatın məzənnəsində müəyyən dəyişiklik etdi.
Manat sərbəst konvertə edilən pul vahidi deyil. Ölkə daxilində məzənnəsi süni saxlanılır. Əgər sərbəst konvertləşdirilsə, bir aya dəyəri 2 dəfədən artıq düşər. İstənilən variantda Mərkəzi Bank manatı ucuzlaşdırmağa davam edəcək. Böyük ehtimalla 6 aya 1 dollar 2 manat olacaq.
İstənilən variantda hökumət 80-90 faizi neftdən asılı olan iqtisadiyyatını xilas etmək şansını itirib. Ancaq müəyyən şok terapiya ilə prosesi qismən zəiflədə bilər. Bu, çox böyük kompleks tədbirlərdir ki, manatın məzənnəsi kimi bəsit deyil. Birbaşa makroekonomika ilə əlaqədardır. Bu isə artıq mürəkkəb elmdir. Şok terapiyası ekonomikanın bütün sektorlarını, vergi siyasəti və dövlət büdcəsindən maliyyələşməni əhatə etməklə yanaşı, camaatın vəziyyətinin katostrofik pisləşməsini də qismən zəiflətməlidir. Amma Azərbaycan hökumətindən olan çıxışların məzmunu onların nəsə etmək fikrində olduqlarına dəlalət eləmir. Deyəsən, onlar möcüzənin baş verəcəyinə, yəni neftin qiymətinin yenidən qalxacağına ümid bəsləyirlər.
Zaur ƏHMƏD
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb