Qubad Ibadoğlu özünə yeni müavin təyin etdi - ADR-də təyinat

img

01-03-2015 [18:08]


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) 2-ci  iclası olub.

İclasda gedən müzakirələr barədə Mia.az-a açıqlama verən Qubad İbadoğlunun sözlərinə görə, əksər üzvlərin qatıldığı toplantıda ADR Hərəkatının təşkil etdiyi  "Manatın devalvasiyasının Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin və gözlənilən nəticələrinin qiymətləndiriliməsi” mövzusunda ekspert müzakirəsininin nəticələrini  müzakirə edilib: "Eyni zamandad, gündəlikdə olan təşkilatı məsələlər məsələsi üzrə geniş müzakirələr oldu. İlkin olaraq İdarə Heyətinin üzvlərinin məsul olacağı  sahələr  -  təşkilati, ümumi, konseptual, ictimaiyyətlə əlaqələr,   demokratik təsisatlarla iş, avrointeqrasiya məsələləri, sahibkarlarla iş,  sosial rifah məsələləri -  razılaşdırıldı. Eyni zamanda ayrıca olaraq icra aparatının və mətbuat xidmətinin  yaradılması, eləcə də Ali Məclisin komissiyaları  barədə də fikir mübadiləsi aparıldı. Qərara alındı ki,  mərkəzi strukturlar formalaşdırılmazdan əvvəl, qısa müddətdə onun idarəçilik sxemi işlənilsin, onlar arasında  ireyarxiya, şaquli və üfuqi münasibətlər dəqiqləşdirilsin və hər bis sahəyə məsul şəxsin görəcəyi işin təsviri  hazırlanaraq bütün bu sənədlərin layihəsi İH-nin müzakirəsinə verilsin".

Təşkilati  məsələ çərçivəsində Qubad İbadoğlu ilk sərəncamı ilə İH-nin  üzvü Vurğun Əyyubun ADR Hərəkatı sədrinin  1-ci müavini təyin etdiyini də açıqlayıb: "İH üzvləri bu sərəncamı  razılıqla qarşıladı və yekdilliklə dəstəklədilər. Eyni zamanda  nizamnaməyə müvafiq olaraq  razılaşdırıldı ki,  ADR Hərəkatı sədrinin martın 2-dən ABŞ-ın  paytaxtı Vaşinqtona başlayan səfəri dövründə onun səlahiyyətlərini  sədrin 1-ci müavini Vurğun Əyyub həyata keçirəcək".

Onu da qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının  sədri Qubad
İbadoğlu bu gün ABŞ-a səfərə yola düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA