Hacı Məmmədovun bacısı oğlu azadlığa çıxdı

img

01-03-2015 [01:02]


Azərbaycanda silsilə qətllər və digər ağır cinayətlər törtməyə görə ömürlük azadlıqdan mərhum edilən Hacı Məmmədovun məhkum həyatı yaşayan  bacısı oğlun Elçin Əliyev azadlığa çıxıb.

Mia.az xəbər verir ki, bu barədə Strateq.az məlumat yayıb. 

Qeyd edək ki, həbsindən əvvəl banklardan birinin filial müdiri işləyən Elçin Əliyevin adı Hacı Məmmədovun törətdiyi bir çox cinayət işlərində hallanıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Elçin Əliyev

9 il müddətinə azadlıqdan mərhum edilmişdi. Bir çox hüquqşunaslar  sabiq bank işçisinə verilən  cəza müddətinin onun törətdiyi  cinayət əməllərinə adekvat olmadığı haqda fikir səsləndirib. Elə həmin məhkəmənin çıxardığı hökmə əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəsi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.

Zamində olan üç nəfərdən biri  - İbrahim Bağırovun işi xətm edilib. Digər iki nəfər – Azər Əliyev və Aqil Hüseynov isə iki il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilib.

Apardığımız araşdırmadan sonra məlum olub ki, Elçin Əliyev ona təyin edilən cəzanın bir hissəsini "Qobustan" həbsxanasında çəkdikdən sonra,  Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəsissəsində saxlanılıb. Elçin Əliyev 9 il həbsi günə-gün çəkdikdən sonra azadlığa çıxıb. 

Penitensiar Xidmətə yaxın olan mənbəmiz məlumatın doğruluğunu təsdiqləyib.

Görünən budur ki, Elçin Əliyev və onun yaxınları  bu xəbərin ictimailəşməsində maraqlı olmayıb. Sabiq bank işçisinin hazırda Azərbaycanda  və ya ölkə hüdudlarından kənarda olması haqda dəqiq məlumat yoxdur(Strateq.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR