YAP-ın daha bir təşkilatında təsis konfransı - sədr və müavinlər seçildi

img

28-02-2015 [22:04]


Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirilib.

Mia.az xəbər verir ki, konfransı giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb.

Bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. M.Manafov bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq deyib: "Dövlət başçısı tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi bir daha Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini əyani şəkildə sübut edir”.

Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar.

Sonra Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilən nümayəndələr YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs verdilər. Nümayəndələr, həmçinin ümumi səsvermə ilə Gənclər Birliyi İdarə Heyətinin tərkibini, sədrini və onun müavinlərini seçiblər. Orxan Babayev YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, Aytən Əliyeva və Rüfət Məmmədov isə onun müavinləri seçiliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA