"Yanında gənc bir xanım da vardı..." - Fazil Mustafa

img

28-02-2015 [20:05]


Rusiyada Putinin rəqibi kimi adı daha çox hallanan müxalifət lideri Boris Nemtsovun qətli Azərbaycanda da  ciddi müzakirəyə səbəb olub.

Mia.az xəbər verir ki, deputat Fazil Mustafa da həm qətl, həm də Nemtsovla bağlı xatirələrini bölüşüb:

"Boris Nemtsovun ölümü Rusiyada vəziyyətin ciddiliyini bir daha ortaya qoydu. Nədənsə bu ölüm mənə Kirovun ölümünü xatırlatdı. Artıq Rusiyada yeni siyasi proseslərin başlanğıcı kimi də baxmaq olar. Siyasi müxalifətin gözünü tamamilə qorxutmağa bənzəyir. Nemtsovu ilk və son dəfə Strasburqda gördüm. Liberal qrupda çıxışını xatırlayıram. Deyirdi ki, "Putin Abramoviç kimi yaşayıb Stalin kimi idarə etmək istəyir. Axşam təsadüfən şəhərin restoranlarının birində yemək yeyərkən də rastlaşdıq. Ümumi şəkildə zarafat da etdi. Yanında gənc bir xanım da vardı. Dəqiq bilmirəm, bu ölərkən yanında olan model idi, yoxsa başqasıydı. Hər halda mənə simpatik təsir bağışlayırdı. Xüsusilə Ukrayna xalqına dəstəyinə görə düşünürəm ki, hər zaman rəğbətlə xatırlanacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA