Nemtsov öldürüləndə yanında bu qız varmış- Ukraynalı model

img

28-02-2015 [12:44]


Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsovun qətli zamanı hadisənin yeganə şahidi olan 23 yaşlı model dindirilib.

 "Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, məhz ukraynalı modelin sayəsində gecə baş verən qətlin təfərrüatları ilə bağlı məlumat əldə etmək mümkün olub. Modelin sözlərinə görə, Nemtsovla "QUM”da (Dövlət Universal Mağazası) görüşüb, daha sonra piyada düşüblər. Atəş isə bu zaman yanlarından keçən avtomobildən açılıb. İstintaqçılar isə üç versiya üzərində işləyirlər. Bir versiyaya görə, Nemtsov sevgilisinin abort etməsinə görə intiqam məqsədi ilə öldürülə bilərdi. Rusiya KİV-i hüquq-mühafizə orqanlarından olan mənbəsinə istinadən yazır ki, Anna Duriçkaya bu yaxınlarda abort etdirmək üçün Moskvadan İsveçrəyə uçub. Digər versiyaya görə isə, onun öldürülməsinə səbəb siyasətçinin xaricdəki sponsorlarından aldığı pullar ola bilərdi. Lakin ən tutarlı versiya olaraq onun siyasi fəaliyyəti göstərilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA