Ədalət Partiyası Cəmil Həsənlinin qızının həbsini pislədi

img

27-02-2015 [17:08]


Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin 1 il 6 ay müddətinə məntəqə tipli cəza çəkmə müəssisəsində cəzaya məhkum edilməsi barədə məsələyə münasibət bildirib. O deyib ki, iqtidarla müxalifət arasında dialoqun başladığı və cəmiyyətdə gərginliyin sivil yolla aradan qaldırılmağa çalışıldığı indiki vaxtda Cəmil Həsənlinin qızının məhkum edilməsi yaranmaqda olan kövrək anlaşmaya ciddi zərbədir. Bəzi məmurlar iqtidarın yüksək vəzifəli şəxslərinə yarınmaq üçün müxalifətə qarşı aqressiv və qeyri-qanuni münasibət sərgiləyir. Bununla da onlar hakimiyyətə yarınmaq siyasətini aparırlar. Amma başa düşmürlər ki, belə hərəkətləri ilə həm Azərbaycan dövlətinə zərbə vururlar. Belə qanunsuz qərarların "cavabını” isə onlar yox, dövlət başçısı verir. Görünür kimlərsə bu yolla Prezidenti nüfuzdan salmağa, daxili və beynəlxalq ictimai fikri onun əleyhinə yönəltməyə çalışır. Belə ki, KİV-də yayılan informasiyalardan da görünür ki, Günel Həsənli günahı olmadan, sifariş əsasında məhkum olunub. Azərbaycanlı bir xanımın üzərində belə oyunların oynanılması mənəvi-əxlaqi baxımdan da yolverilməzdir. Bütün bunları nəzərə alaraq, ümid edirəm ki, Günel Həsənliyə qarşı yol verilmiş ədalətsizlik tezliklə aradan qaldırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA