İzmirdə aksiya - "Hamımız xocalılıyıq, Hamımız qarabağlıyıq"

img

27-02-2015 [15:24]


İzmirdə Alpaqut Otağı, İzmirli Türkçülər ve Turançı Hərəkat Platformu, Hepar, Karakalpaklılar, İzmir Türkçü Dirəniş Ocaqları "Hamımız Hocalılıyıq" yürüş-mitinqi keçirib.

Mia.az xəbər verir ki, İzmirin  Alsancak bölgəsindən başlayan yürüş Gündoğdu meydanında başa çatıb. 

1992-ci il fevralın 25 - dən 26 - na keçən gecə Ermənilərin Xocalıda törətdiyi vəhşəti anladan bəyanat oxunarkən  minlərlə gənc "Hamımız xocalılıyıq, Hamımız qarabağlıyıq" şüarlarını səsləndiriblər. 
Yürüşdə diqqəti çəkən məqamlardan biri gənclərin əlində Azərbaycanın milli qəhramanı Mübariz İbrahimov və Ramil Səfərovun rəsimləri olub. Gənclərin yürüşünə Azərbaycan təşkilatlarının nümayəndələri də qatılıblar. Azərbaycan İşbirliyi və Qardaşlıq  Dərnəyinin sədr müavini Cavid Əliyevin bildirdiyinə görə dərnək mitinqin sonunadək gənclərin yanında olub. "İzmirdə təhsil alan azərbaycanlı tələbələr də bu yürüyüşdə aktiv iştirak edib. Biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyə gənclərinə hər cür informasiya dəstəyi veririk. Bundan sonra da əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, mitinqdə Xocalı soyqırımıyla yanaşı, PKK tərafdarları tərəfindən EGE unversitetində öldürülən şəhid Frat Yılmaz Cakıroğlu da anılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA