27-02-2015 [14:01]
Həmin məlumatlları təqdim edirik:
Bakı şəhər sakini 1995-ci il təvəllüdülİlyas MəmmədovPolis Bölməsinə müraciət edərək bildirib ki, fevralın 24-də saat 16 radələrində Binəqədi qəsəbəsi ərazisində Nəqliyyat Departamentinin işçisi olan 3 nəfər onun idarə etdiyi Vaz-2107 markalı 43 BB 861 nömrəli avtomobili saxlayıb, cibindən sənədlərini və 15 manat pulunu götürüb. Bu götürdüklərinin qaytarılması üçün ondan 100 manat tələb ediblər.
Xırdalan şəhər sakini 1957-ci il təvəllüdlüRövşən Quliyevbildirib ki, fevralın 24-də saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Nəqliyyat Depratamentinin 3 işçisi onun idarə etdiyi Vaz-2106 markalı 10 CB 076 nömrəli avtomobili saxlayıb, cibindən sənədlərini və 152 manat pulunu götürüb gediblər. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində İlyas Məmmədova və Rövşən Quliyevə qarşı soyğunçuluq faktı təsdiq olunub. Müəyyən edilib ki, adı çəkilən şəxslərin müvafiq sənədləri olmadan taksi fəaliyyəti ilə məşğul olduqlarına görə Nəqliyyat Departamentinin 1985-cil təvəllüdlü Anar Savalanov və 1983-cü il təvəllüdlü Mürsəl Almuradov adlı əməkdaşları tərəfindən sənədləri tələb edilərək götürülüb.
Bakı şəhər sakini 1985-ci il təvəlüdlüVüqar Hüseynovisə Nəqliyyat Nazirliyini oğurluqda ittiham edib. Bildirib ki, fevralın 25-i saat 19:45 radələrində Ə.Rəcəbli küçəsində Mercedes markalı 99 EN 421 nömrəli avtomobillə taksi fəaliyyəti göstərdiyinə görə avtomobil Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən Ə.Rəcəbli küçəsi məhəllə 3205-də yerləşən ND-nin cərimə meydançasına aparılıb. Həmin gün saat 20 radələrində avtomobilə yaxınlaşarkən saxlanc yerindən 800 manat pulun oğurlandığı aşkar edilib. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Bakı şəhər sakini 1980 təvəllüdlüSənan Əliyevpolisə müraciətində bildirib ki, fevralın 19-da saat 17 radələrində Binəqədi qəsəbəsi ərazisində idarə etdiyi Vaz-2107 markalı 90 NN 372 nömrəli avtomobilin qarşısını Rang-Rover markalı 90 ?? 444 nömrəli avtomobilin naməlum sürücüsü kəsərək saxladıb. Özünün Nəqliyyat Nazirliyinin işçisi kimi təqdim edən şəxs S.Əliyevdən sənədlərini tələb edib. S.Əliyev buna etiraz edib və sənədləri təqdim etməyib. Bu zaman NN əməkdaşı olduğunu deyən şəxs bıçaqla sürücünü hədələyib, sənədlərini və 100 manat pulunu alıb. O, sürücünü sənədlərini özünə qaytarmayaraq hadisə yerindən uzaqlaşıb.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən bu ilin yanvarın 10-daHəsən Həsənovaqarşı oxşar ssenari üzrə xuliqanlıq edənlərin Nəqliyyat Nazirliyi Dövlət Nəqliyyat Avtomobil Xidməti Departamentində məsləhətçi işləyən Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Rauf Qurbanov və Nəqliyyat MMC-də sürücü işləyən Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Kamal Süleymanov olduğu müəyyən edilib.
Fevralın 24-ü saat 13:10 radələrində Qala qəsəbəsi ərazisində vaz-21214 markalı 10 PL 750 nömrəli avtomobili idarə edən Nəqliyyat Departamentinin işçiləri Tovuz rayon sakini 1985-ci il təvəllüdlüEldəniz Xəlilovaməxsus Ford markalı 60 BO 566 nömrəli avtomoblin arxa nömrəsini açıb aparıblar. Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən araşdırmalar davam etdirilir.
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb