Xarici İşlər Nazirliyi bəyanat verdi: “Ermənistanı vaxt itirməməyə çağırırıq”

img

27-02-2015 [12:54]


Ermənistan Respublikasının kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlaraəsasən, 3 may 2015-ci il tarixindəAzərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin "parlamenti”nəqurama "seçkilər”in keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyi Azərbaycanın işğal edilmişərazilərindəErmənistan Respublikasıtərəfindən yaradılmış separatçırejimin təcavüz vəirqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayır. Azərbaycan Respublikası Xariciİşlər Nazirliyinin bununla bağlı bəyanatında deyilir

"Bu rejim Ermənistanın idarəçiliyi vənəzarəti altındadır. Ermənistanın Azərbaycana qarşımüharibəyəbaşladığıvəzordan istifadəedərək, Dağlıq Qarabağvəətraf yeddi rayon daxil olmaqla, Azərbaycanərazisinin 20 faizini işğal etdiyi vəbir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləməhəyata keçirdiyi vədigər ağır cinayətlər törətdiyi hamıya yaxşıməlumdur.

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşızor tətbiq edilməsi vəAzərbaycanərazilərinin işğalınıardıcıl olaraq kəskinşəkildətənqid edib. 1993-cüildəBirləşmişMillətlər Təşkilatının TəhlükəsizlikŞurasıtərəfindən Azərbaycanərazilərinin işğalınıpisləyən vəAzərbaycan Respublikasının suverenliyi,ərazi bütövlüyüvəbeynəlxalq səviyyədətanınmışsərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və884 (1993) saylıqətnamələr qəbul edib. Bu qətnamələrdəBMT TəhlükəsizlikŞurasıDağlıq Qarabağregionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığınıtəsdiq edir vəişğalçıqoşunların Azərbaycanın işğal edilmişbütünərazilərindən dərhal, tam vəqeyd-şərtsizçıxarılmasınıtələb edir. Digər beynəlxalq təşkilatlar da bənzər mövqedənçıxışedib.

Azərbaycanərazilərinin hərbi işğalıvəetnik təmizləmənin davam etdiyi zəmindəqondarma separatçı rejimin strukturlarına "seçkilər”in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının vəbeynəlxalq hüququn norma vəprinsiplərinin açıqşəkildəpozulmasıdır vəbuna görədəbu"seçkilər”in heçbir hüquqi qüvvəsiola bilməz.

Ermənistanişğal edilmiş Azərbaycanərazilərini ilhaq etməyəmüyəssər ola bilməz. Davamlıvəuzunmüddətli nizamlanmaya nail olunmasının yeganəyolu Ermənistan silahlıqüvvələrinin Azərbaycanın Dağlıq Qarabağregionu vədigər işğal olunmuşərazilərindən qeyd-şərtsiz vətamamiləçıxarılması, məcburi köçkünlərinöz doğma torpaqlarına qayıtmalarıüçün ayrılmaz hüquqlarının təmin edilməsi vəbir-birinin suverenliyi vəərazi bütövlüyünəhörmətəsasında Ermənistan vəAzərbaycan arasında münasibətlərin qurulmasıdır.

Azərbaycan Respublikası bir daha Ermənistan tərəfiniəbəs yerəvaxt itirmək vəöz xalqıvəbeynəlxalq ictimaiyyəti aldatmaqəvəzinətəcavüz vəetnik təmizləməsiyasətinəson qoymağa vəmünaqişənin nizamlanmasıprosesinəkonstruktivşəkildəiştirak etməyəvəbeynəlxalq öhdəliklərinəəməl etməyəçağırır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA