İstanbulda Xocalı Soyqrımı anılıb - FOTO

img

25-02-2015 [16:00]


Xocalı Soyqırımının anım mərasimi qardaş Türkiyədə geniş şəkildı keçirilib. İstanbulun Kadıköy bölgəsində keçirilən yürüş-mitinqə on minlərlə insan qatılıb. 

Mia.az xəbər verir ki, tədbir Anadolu Kartalları, Türksolu, Turançı Hərəkat Birliyi, MHP Ülkü Ocaqları, İstanbul Kültür Evi tərəfindən təşkil olunub. 

Mitinqə Azərbaycandan gələn nümayəndələr də qatılıblar. 

Onlardan Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının müəllimi Pərviz Səmədov, tarixçi-etnoqraf  Ramazan Hüseyinov, Amina Vəliyeva, Qarabağ Qadın Veteranları təşkilatının sədri Rada Abbas və başqaları tarixi faktlara istinad edərək çıxış ediblər.

İştirakçılar tədbirdə  Xocalı faciəsini əks etdirən plakatlarla çıxmış, onlar xalqımızın başına gətirilən bu faciənin heç zaman unudulmayacağı fikirlərini səsləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA