Meksikanın “ANAHUAC” universitetində Xocalı soyqırımı anılıb - Konfrans

img

25-02-2015 [11:38]


Meksikanın tanınmış "ANAHUAC” universitetinin Beynəlxalq münasibətlər fakültəsində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Mia.az-a daxil olan məlumata görə, "ANAHUAC” Universitetinin professoru Xuan Manuel Ferezin təşkilatçılığı ilə keçirilmiş tədbirdə universitetinin müəllim-tələbə heyəti iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan professor Xuan Manuel Ferez Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətinin tarixi mərhələləri və bu kontekstdə ermənilərin Azərbaycana köç tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təfərrüatları, Xocalı soyqırımı, habelə münaqişəyə dair BMT TŞ-nin məlum qətnamələri və ATƏT-in Minsk Qrupunun fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.   

Tədbirdə çıxış edən Səfir İ. Muxtarov Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımından geniş bəhs etmişdir. 

Sonra tərəfimizdən Azərbaycanın tarixi torpaqları və sərhədləri, strateji-coğrafi yerləşməsi, Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti və dünya demokratiya tarixinə töhfələri, Azərbaycanda sovet hakimiyyəti illəri, xalqımızın öz istiqlaliyyəti uğrunda mübarizəsi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin qonşu Ermənistan tərəfindən işğalı və bu ərazilərdə Azərbaycanın tarixi və mədəni irsinin məhvi,  Xocalı soyqırımının təfərrüatları,  münaqişənin həlli ilə əlaqədar aparılmış uzun danışıqlar prosesi mövzularında geniş slayd-prezentasiya edilmişdir. 

Konfrans iştirakçılarına Səfirlik tərəfindən ispan dilində hazırlanmış "Xocalıda soyqırım” jurnalı paylanmışdır.

Konfransın yekununda Səfir İ. Muxtarov tədbir iştirakçılarının suallarını cavablandırmış, habelə universitetin kitabxanasına Azərbaycanın tarixi və mədəniyyəti,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müxtəlif çap materialları hədiyyə edilmişdir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA