24-02-2015 [17:52]
"Təhsil Nazirliyinin yaydığı bəyanata görə 30 yaşına kimi gənclərimiz arasında elmi dərəcə alanlar yoxdur. Alimlərimizin orta yaş həddi 58-60 arasında dəyişir. Beləliklə alimlərimiz yaşlanır ancaq onları əvəz edəcək kimsə yoxdur. Cənubi Qafqazda bütün parametrlərə görə birinciyik. Lakin acı da olsa qeyd etməliyik ki, alimlərimizin sayına görə ermənilərdən geri qalırıq”.
AzVision.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc "Elm haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edərkən deyib.
Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq qeyd edib ki, Azərbaycanla Ermənistanı müqayisə etmək olmaz:
"Ermənistanı özü qədər onu qoruyan xarici hərbçilər var. Ancaq Azərbaycanda xarici hərbçi yoxdur”.
Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti İsa Həbibbəyli isə deyib ki, bu qanuna çoxdan ehtiyac vardı:
"Azərbaycan hökumətinin həyata keçirdiyi elm siyasəti qanunvericilik şəklində əksini tapmalı idi. Çünki bu, ölkədə elm siyasətini həyata keçirmək üçün baza rolunu oynayacaq. Qanun layihəsinnin hazırlanmasında ən yaxşı hallardan biri də odur ki, müasir dövrün reallıqları nəzərə alınıb. Hesab edirəm ki, bu qanun layihəsi müstəqil Azərbaycanda aparılan elm siyasətinin ana xəttini təşkil edəcək”.
Deputat Abel Məhərrəmov çıxışı zamanı vurğulayıb ki, AMEA-da son zamanlar həyata keçirilən islahatlar müsbət qiymətləndirilməlidir. O, həmçinin mövcud qanun layihəsinin lehinə səs verəcəyini deyib.
Deputat Fəzail Ağamalı da belə qanun layihəsinin hazırlanmasına çoxdan ehtiyac duyulduğunu diqqətə çatdırıb:
"Əminəm ki, bütün həmkarlarım layihənin I oxunuşda qəbul edilməsinə səs verəcəklər. Çünki qanun layihəsində gənc kadrların elmə cəlb olunması istiqamətində atılan addımlar da xüsusi vurğulanmalıdır. Nəhayət ki, Azərbaycan elmi ölü nöqtədən inkişaf mərhələsinə qədəm qoyacaq. Ölkədə uzun illər elm haqqında qanunun olmaması və sovet elminin ənənələri qırıldığına görə yeni elmi ənənələri qura biləcək qanunvericilik bazasının yaradılmaması faktiki olaraq bizim elm sahəsində ciddi problemlərin olmasından xəbər verir. Elm elə bir sahədir ki, cəmiyyətin özü bu sahəyə maraqlı olsun. Onu da qeyd edim ki, AMEA prezidenti Akif Əlizadənin oraya sədrliyə gətirilməsindən sonra nəzərə çarpacaq dərəcədə canlanma müşahidə olunur. Təbii ki, bununla kifayətlənmək olmaz. Buna görə də bu sahədə hələ bir çox islahatlar aparılmalıdır”.
MM sədrinin I müavini Ziyafət Əsgərov isə deputat F. Aağamalının Azərbaycan elminin ölü olması barədə səsləndirdiyi fikirlərinə cavab verib:
"Sizin çıxışınızda səsləndirilən "qanunla elmimiz ölü nöqtədən çıxacaq” fikri çox ciddi ittihamdır. Xahiş edirəm ki, danışarkən fikirlərinizdə bir az diqqətli olun. Bəli, uzun müddətdir elm sahəsi üzrə qanun olmayıb. Normativ hüquqi yaradıcılıq baza olmaması o demək deyil ki, elm yerində dayanıb və inkişaf etməyib. Əgər elm yoxdursa, o zaman siz necə və hansı diploma almısınız? Ona görə də xahiş edirəm ki, fikir bildirərkən bir az diqqətli olaq”.
Deputat Siyavuş Novruzov isə deyib ki, ən pis qanun belə qanunsuzluqdan daha yaxşıdır. Qanun varsa, deməli onun da tələbləri var:
"Qanun layihəsinin adı "Elm və təhsil haqqında” qanun olsaydı daha yaxşı olardı. Hər ikinin qanunun ümumi müddəalarını birləşdirib fərdi qaydada digərlərində həll etmək olardı”.
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı