Əli Kərimlidən qadın müşavirinə qarşı porno-kaset şantajı - ŞOK İTTİAHAM

img

24-02-2015 [13:17]


AXCP-dən istefa verən Razi Nurullayev Əli Kərrimlinin porno-kaset şantajı haqda şok faktlar açıqlayıb. Teleqraf.com xəbər verir ki, R.Nurullayev bu gün keçirdiyi mətbuat konfransında Əli Kərimlinin öz qadın müşavirini şantaj etdiyini deyib. "Mən heç vaxt loyal davranmamışam. Lakin cəbhəçilərin anlamında heç nəyi yaxşı görməməlisən. Gedib bulvarda velosiped sürür, yaradılan şərait xoşuna gəlir və bunu "Facebook” statusunda yazırsansa, deməli, sən vətən xainisən, satqınsan. Asəf Quliyev də bu cür məsələlərin qurbanı oldu. Əli Kərimli öz qadın müşavirini porno-kasetlə şantaj edirdi. Bir qadına qarşı belə şantaj yolverilməzdir. Hər halda Əli bəy özü də şantaja məruz qalıb. Amma bu cür iyrənc şantajı qadına qarşı etmək dəhşətlidir”, - deyə o, bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA