ABŞ-ın ştat qubernatoru qərar qəbul etdi - Xocalı soyqırımı (FOTO)

img

24-02-2015 [11:23]


ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb. 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a daxil olan məlumatda bildirilir ki, ştatın qubernator Martinez Nyu Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və qətliamın qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.

Həmçinin, məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır. 

Qeyd edək ki, bu, Nyu Meksiko Qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA