"Hakimiyyət rəqiblərini sıradan çıxarmaq üçün böhtanlardan istifadə edir" - Mütəllim Rəhimli

img

23-02-2015 [15:29]


"Azərbaycanda müxalifətdə olmaq sözün əsl mənasında qəhrəmanlıqdır". Bu fikirləri mia.az-a Ədalət Partiyasənın sədr müavini Mütəllim Rəhimli açıqlamasında səsləndirib. 

Onun sözlərinə görə, həm hakimiyyətin heç vaxt dayanmayan təzyiqləri, həm də seçdiyin ideoloji-siyasi xəttin güclənməsi istiqamətində ciddi bir uğurun əldə edilməməsi insanı daxilən məyus etməkdədir: "Üstəlik, müxalifət düşərgəsində olduğuna görə üzləşdiyin maddi problemlər də bura əlavə ediləndə yerindən tərpədilməsi mümkün olmayan dağ boyda problemlərlə qarşılaşırsan. Lakin bütün bunlar hələ son deyil və iftira, böhtan kompaniyaları da işə salındıqda demək olar ki, qurşaqdan aşağı zərbələr başlayır. Hakimiyyət rəqiblərini sıradan çıxarmaq üçün - ictimai yerlərdə xuliqanlıq, narkotika, qanunsuz silah saxlama, vətənə xəyanət, ermənilərlə işbirliyi və s. – böhtanlardan istifadə edir. Müxalifət partiyaları isə sıralarını tərk edənlərə "hakimiyyətə işləyir” damğasını vurmağa çalışır. AXCP sədrinin müavini Razi Nurullayev də partiya sıralarından istefa verdikdən sonra məlum olub ki, "hakimiyyətə işləyirmiş”. İllərlə bir yerdə olduğun silahdaşlarına qarşı bu cür ittihamların irəli sürülməsi heç yaxşı hərəkət deyil, həm də məntiqsizdir. Bu fikirlər onu səsləndirənlər haqda qeyri-ciddi obraz yaradır, gedən üçün mənəvi-psixoloji sarsıntı doğurur. İctimai rəy isə bütün bunları ciddi qəbul etmədiyindən onda heç bir reaksiya olmur. Ona görə də, düşünürəm ki, müxalifət liderlərinin prosesi idarə etməsinə ehtiyac var, yoxsa şəxslər üzərində qurulan bəsit siyasət uzaq və müqəddəs hədəflərə adekvat ola bilməz".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA