Hakim Cəmil Həsənlinin qızına iş verdi - 1 il 6 ay

img

22-02-2015 [18:25]


Yasamal Rayon Məhkəməsi Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı öz facebook səhifəsində Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev yayıb.

Xəbərdə deyilir ki, məhkəmə Günel Həsənlini ötənilki avtoqəza olayı ilə bağlı cəzalandırıb.

Qeyd edək ki, Günel Həsənli ötən il sentyabrın 19-da özünə məxsus "KİA” markalı avtomobillə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA