Qubad İbadoğlu sədr seçildi- Yenilənib, Fotolar

img

21-02-2015 [12:10]



ADR-in sədrinin seçilməsi prosesi başlanıb. Bir neçə nəfərin namizəd kimi adı çəkilsə də, onlar ya namizədliklərini geri götürüblər, yaxud da namizədlikdən imtina ediblər. Nəticədə Qubad İbadoğlu ADR-in sədri seçilib. O, sədarət adından təbrik edilib.

***

Daha sonra ADR Təşkilat Komitəsinin sədri Q.İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib. V.Əyyub qeyd edib ki, ADR-də seçkilərin gizli olması qərara alınıb: "Ancaq bu gün burada şərait olmadığından sədr seçkisi açıq səsvermə ilə keçiriləcək”. Q.İbadoğlu isə konfransı səsvermənin hər hansı formada keçirilməsi barədə qərar vermək səlahiyyəti olduğunu qeyd edib. V.Əyyub isə deyib ki, gələcəkdə Nizamnamənin açıq səsvermə ilə bağlı müddəası dəyişdirilə bilər. Onun sözlərinə görə, gizli səsvermə olarsa, bu səslərin hesablanması kifayət qədər çox vaxt aparacaq, bunun üçün isə hazırda şərait yoxdur.

***

Vurğun Əyyub isə təşkilatın nizamnaməsi, yığıncaqları, üzvlük, rəhbərlik, üzvlərin, müavinlərin seçimi, təyini kimi məsələlərə aydınlıq gətirib. O, bildirib ki, bir müddət sonra nizamnaməni dəyişmək və rəhbərliyi başqa şəxsə də tapşırmaq olar.

***

Çıxış edən qonaqlar isə ADR-in vətəndaş cəmiyyətinin formalaşmasında, ölkədə demokratiyanın qurulmasında rolu olacağına inandıqlarını vurğuladılar. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, ölkədə siyasi partiyaların və QHT-lərin vəziyyətinin acınacaqlı olduğu bir dönəmdə, ADR-in yaranması çox vacibdir: "Boşluğu doldurmaq üçün bu təşkilatın yaradılması vacib idi”. "125-lər” Siyasi Klubunun üzvü İlhamiyyə Rza da gözəl amalla yola çıxmış hərəkata uğur arzuladığını vurğulayıb. Xəstə olduğu üçün tədbirə qatılmamış Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlunun isə məktubu oxunub.
M.Cavadoğlu məktubunda bu gündən ADR-ə qoşulduğunu bəyan edib.

***

Ellada Məmmədli çıxış edərək bildirib ki, 13 nəfər 2 dekabr 2014-cü ildə ADR-in yaranması haqqında qərar veriblər. 3 dekabrda isə qurumun bəyannaməsini elan ediblər. İlk təşkilat komitəsi isə 14 dekabrda yaradılıb. Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu seçilib. O, həmçinin təşəbbüs qruplarının yaradılmasından və ADR-ə insanların qoşulma statistikasını açıqlayıb. 35 təşəbbüs qrupunun yaradıldığını bildirən E.Məmmədli qeyd edib ki, bu qruplar respublika ərazisinin üçdə birini əhatə edir. Həmçinin, ADR-ə qoşulanlar arasında müxtəlif siyasi partiyaların üzvlərininn olduğunu diqqətə çatdırıb. Konfrans üzvlərinin sayı isə 267 nəfərdir.

***

Qubad İbadoğlu ilk olaraq çıxış edərək bildirib ki, ADR Hərəkatı ölkənin gələcəyi üçün mühüm bir qurum olacaq. O, qadınların və gənclərin siyasətdə və sözügedən hərəkatda rolunun mühüm olduğunu vurğulayıb. Həmçinin tədbirə qonaqların, ictimai xadimlərin, ADR üzvü olmayan siyasətçilərin, Qarabağ qazilərinin, ziyalıların da qatıldığını qeyd edib və onlara təşəkkürünü bildirib. Daha sonra dövlət himni səsləndirilib. Eyni zamanda, Xocalı soyqırımında qətlə yetirilənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra tədbir açıq elan edilib.

***
10.25

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransını keçirir. Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən 1-ci (təsis) konfransında Müsavat Partiyasının onlarla üzvü iştirak edir.

Musavat.com-un tədbirdə iştirak edən əməkdaşı bildirir ki, həmçinin partiyadan qovulan və özü çıxan şəxslər də konfransa qatılıblar. Tədbirdə 150-dən artıq insan iştirak edir. Qeydiyyat hələ davam edir.



























Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA