MMP-yə yeni gənclər gəlir-Görüş

img

20-02-2015 [12:34]


Müasir Müsavat Partiyasının (MMP) ideoloji və mətbuat məsələləri üzrə sədr müavini Könül Vaqifqızı partiya sırlarına yeni qəbul olunmuş bir sıra gənclərlə görüş keçirib.

Görüş zamanı gənclərə partiyanın mövqeyi, yürütdüyü siyasətin istiqaməti, ideoloji yönü barədə ətrafla məlumat verilib. Bundan əlavə, yeni gələn üzvlərlə fərdi söhbətlər aparılıb. MMP sədrini müavini gənclərlə söhbətində onlara mövcud ictimait-siyasi durum barədə ətroaflı məlumat verib. Gənclərə qarşıdan gələn parlamenti seçkilərində aktiv iştirak olmaq tövsiyyə olunub. Bununlda yanaşı, MMP yetkilisi onlara radikal qruplardan uzaq olmağı, dövlətçiliyimizin keşiyində dayanmağı, milli maraqlar uğrunda mübarizəyə hazır olmağı məsləhət bilib.

MMP-dən verilən məlumata görə, görüşdə partiyanın QadınlarTəşkilatının üzvləri də iştirak ediblər. O da bildirilib ki, son günlər partiya sıralarına qəbul olmaq üçün müraciət edən gənclərin sayının artması səbəbində bu cür qəbulların sayı çoxalacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA