Nazir Elmar Məmmədyarov prezidentlə görüşdü

img

19-02-2015 [19:28]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Mia.az AzerTac-a istinadən xəbər verir ki, Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Giorgi Marqvelaşviliyə çatdırıb.

Prezident Giorgi Marqvelaşvili onun da səmimi salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Giorgi Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Ölkələrimizin ikitərəfli formatda olduğu kimi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Elmar Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən Elmar Məmmədyarov bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb. O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA