Elmar Məmmədyarov Gürcüstanda Ermənistana mesaj verdi

img

19-02-2015 [17:47]


"Regionda dondurulmuş münaqişələrin mövcudluğu Azərbaycanın, eləcə də Gürcüstanın inkişafına mane olur".

"Trend" xəbər verir ki, bunu Tiflisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın inkişafına mane olmur, həm də İrəvanı çıxılmaz vəziyyətdə qoyacaq: "Çünki İrəvan belə şəraitdə irimiqyaslı regional layihələrdə iştirak edə bilmir".

O qeyd edib ki, əgər Ermənistan təcavüzkar siyasətindən əl çəksə, Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi layihəsinin iştirakçısı ola bilər.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri cümə axşamı iki günlük rəsmi səfərlə Gürcüstana gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA