"Viktoriya Nurland radikal müxalifətlə görüşmədi"

img

19-02-2015 [15:00]


"Nulandla radikal siyasi düşərkə ilə görüşmədi. O yalnız bir neçə QHT sədri ilə görüşdü. Bu görüşdə cəmi 20 dəqiqə çəkib. Bu 20 dəqiqəlik görüşdə Əli Kərimlinin də iştirakını vacıb saymayıblar. Bu da ABŞ -ın Əli Kərimliyə münasibətidır. Ola bilsin ki, ABŞ rəsmisi Əli Kərimli ilə görüşməməsinin səbəbi keçən il Azərbaycanca keçirilən prezident seçkilərində Əli Kərimli və digərlərinin Rusiyanın layihəsi olan Milli Şuraya dəstək verməsi olub". 

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Amerika dövlət katibinin müavini Viktoriya Nulandın rəsmi səfəri ilə bağlı yerli mətbuata acıqlama verib. Onun sölərinə görə, Nurland rəsmi şəkildə bəyan etdi ki, ABŞ Azərbaycanda hər hansı bir inqilab etmək niyyətində deyil: "O dedi ki, "rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz". Nəzərə alsaq ki, O xanım ki, ötən il Kiyev küçələrində maydançılara öz əliylə kökə paylayırdı. Ukraynada yeni hakimiyyətdə kimlərin hansı vəzifədə əyləşdiriləcəyini də internetdə yayılan səs yazısından məhz onun dilindən eşidilmişdi . Nuland yaxşı bilir ki, Azərcbaycan xalqının özü belə inqalab etmək arzusunda deyil. Və siz baxın son illərdə yaxın şərqdə baş verən inqilablara baxın. Yüz minlərlə insan bu inqilabların qurbanı olub. Şəhərlər dağıdılıb, xarabalığa çevrilib. Ölkənin iqtisadiyyatı çöküb. Milyardlarla dollar ziyan dəyib. Bu ölkələr bundan sonra özlərinə gəlmək üçün on illərə zaman lazım olacaq. Kimə lazımdır bu inqilablar?! Bütün bunlardan yalnız xalq əziyyət çəkir." 

Dövlət katibinin rəsmi şəxslərlə görüşdən sonra yalnız bir neçə QHT sədri və NİDA hərəkatının üzvü ilə görüşüdüyün deyən Niyaməddin Orduxanlı bildirib ki, Nurlandın bu görüşü onu deməyə əsas verir ki, ABŞ Azərbaycanda fəaliyyət göstərən radikal siyasi düşərkənin təmsilçilərinə heç bir önəm vermir: "Nulandla bu görüşü cəmi 20 dəqiqə çəkib. Bu 20 dəqiqəlik görüşdə Əli Kərimlinin də iştirakını vacıb saymayıblar. Bu da ABŞ -ın Əli Kərimliyə münasibəti. Ola bilsin ki, ABŞ rəsmisi Əli Kərimli ilə görüşməməsinin səbəbi keçən il Azərbaycanca keçirilən prezident seçkilərində Əli Kərimli və digərlərinin Rusiyanın layihəsi olan Milli Şuraya dəstək verməsi olub. Onlar yaxşı bilir ki, Əli Kərimlinin keçən il Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyirdi." BAXCP sədrinin müavini bəzi mətbuat orqanlarında ABŞ Əli Kərimli vasitəsi ilə ölkədə sabitliyin pozulmasına cəhd edəcək yazılarına da münasibət bildirib:" Əvvəla onu deyim ki, Əli Kərimli ölkədə sabitliyin pozulması, vətandaş qaşıdurmasının baş verməsi üçün istənilən addımı atmağa hazır olan birisidir. Buna mənim heç bir şübhəm yoxdur. Bu adam bütün fəaliyyətini buna yönəldib ki, ölkədə qarşıdurma baş versin və o da bundan istifadə edib, özünü hakimiyyətə gəlmək maraqlarını həyatan keçirtsin. ABŞ-ın bəzi dairələrinin maliyyə ayırdığı məsələsinə isə, inanamıram. Beynəlxalq təşkilatlar hər zaman Əli Kərimlidən bir vasitə kimi istifadə edib. Bilirlər ki, bu adam vəziyyətə uygun anındaca öz mövqeyni dəyişən adamdır. Belə bir adama kidmir ciddi dəstək verər."

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA