Xədicə İsmayıla qarşı yeni ittihamlar - 12 il həbs gözləyir

img

13-02-2015 [18:45]


Ötən il dekabrın 5-də həbs olunmuş jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb.

Bu barədə "Turan"a onun vəkili Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, jurnalistə qarşı CM-nin 179.3.2 (mənimsəmə və israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən istifadə etməklə ) maddələri ilə ittham irəli sürülüb.

İttihamlar "Azadlıq” radiosunun fəaliyyəti haqqında 15 yanvar 2015-ci il tarixli vergi aktı əsasında irəli sürülüb.

Vəkilin sözlərinə görə, sözügedən ittihamlar üzrə X.İsmayılı 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yeri gəlmişkən, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.

Virtualaz.org Ombudsman Aparatının mətbuat xidmətinə istinadən bildirir ki, başçəkmə zamanı Ombudsmanın nümayəndələri həmin müəssisədə 20-dək saxlanılan şəxslə, o cümlədən İntiqam Əliyev, Xədicə İsmayıl, Rasim Əlizadə, Asif Yusifli ilə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrəniblər.

Bu şəxslər bir qayda olaraq, saxlanma şəraiti və rəftarla bağlı şikayətlərinin olmadığını bildiriblər, iki təqsirləndirilən şəxsin şəraitlə bağlı qaldırdığı məsələ müəssisə rəhbərliyi ilə müzakirə olunub, müvafiq tövsiyələr verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR