Elbrus Əruddan növbəti imza günü

img

13-02-2015 [12:26]


Fevralın 14-ü saat 15-dən 17-dək "Qafqazinfo”nun rəhbəri Elbrus Ərudun yeni nəşr olunan "Anne annem” kitabının növbəti imza-satış mərasimi keçiriləcək.

Tədbir Nizami 91 ünvanında, Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz yerləşən "Əli və Nino” kitab evində baş tutacaq. Maraq üçün bildirək ki, "Anne annem” Elbrus Ərudun jurnalist kimi yazdığı köşə yazıları və kiçik hekayələr toplusundan ibarətdir.

Kitabı əldə etmək istəyənlər, xüsusilə də "Qafqazinfo”nun oxucuları və şərhçiləri imza gününə dəvətlidir.

Qeyd edək ki, kitabın qiyməti 5 manatdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR