Azay Quliyev Ukraynanın səfiri ilə görüşüb

img

12-02-2015 [17:07]


Bu gün ATƏT Parlament Assambleyasının Büro üzvü, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb. 

Mia.az verir ki, millət vəkili Azay Quliyev Azərbaycan-Ukrayna münasibətlərinin zəngin tarixi ənənələrə, dostluq və qarşılıqlı hörmətə əsaslandığını deyib. ATƏT-in Komitə sədrinin müavini Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda birmənalı mövqe nümayiş etdirdiyini bildirib.

 Azay Quliyev Ukraynanın şərqində baş verən hərbi əməliyyatlar nəticəsində çox sayda insanın həlak olmasından və minlərlə ukraynalının məcburi köçkünə çevrilməsindən ciddi  narahat olduğunu  və bu məsələnin ATƏT PA-nın 18-20 fervral tarixində Vyanada keçiriləcək qış sessiyasında müzakirə olunacağını qeyd edib.

 Səfir Aleksandr Mişenko Ukraynanın  ATƏT PA çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etməsində və  hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi istiqamətində birgə fəaliyyətin əlaqədəndirilməsində maraqlı olduqlarını bildirib.

Səfir  ATƏT-ə üzvü olan hər iki ölkənin beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığının region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA