Qüdsi Osmanovdan Abbas Abbasova çağırış - VİDEO

img

16-02-2015 [18:34]


Moskvada "Şəhriyar" ədəbi cəmiyyətinin üzvləri Mirabbas Ağdabanlı və Əşrəf Hüseynlinin kitablarının təqdimatına həsr olunmuş poeziya axşamı keçirilib. 


Tədbirdə Azərbaycan diasporunun fəalları, Azərbaycanın tanınmış alimləri, qələm əhli və gənclər iştirak edib. Tədbirdə çıxış edən natiqlər Rusiya Azərbaycan diasporunun həyat və fəaliyyətindən söz açaraq, son zamanlar diasporda baş verən hadisələrə görə narahatçılıqlarını bildiriblər. 

Səfir müavini Qüdsi Osmanov çıxışında diaspor nümayəndələrini birliyə çağıraraq, Rusiya-Azərbaycan xalqlarının dostluğuna xidmət edən vahid monolit diasporun vacibliyini vurğulayıb. Eyni zamanda o, Abbas Abbasovu və onun ətrafını Azərbaycan diasporunun bölünməsinə səbəb olan siyasətdən əl çəkmələrinə və diasporun nifaqına deyil, birliyi naminə çalışmağa çağırıb(Moderator.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA