"İqtidar buna heç həvəs göstərmir" - AMİP funksioneri

img

11-02-2015 [19:43]


İqtidar-müxalifət dialoqu ilə bağlı AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov münasibət bildirib.

Mia.az-a açıqlamasında o, bu məqsədlə keçirilən görüşlərin nəticə verəcəyinə inanmadığını bildirib:

"Ötən ilin dekabrın 13-də keçirilən ilk görşdən sonra nə dəyişdi ki? 

Bildiyiniz kimi, həmin görüş bələdiyyə seçkilərindən əvvəl baş tutmuşdu. Müzakirə olunan məsələlərdən biri də bələdiyyə seçkilərininin şəfaff və ədalətli keçirilməsi məsələsi idi. Amma hakimiyyət bu seçkiləri əvvəlkiləridən betər saxtalaşdırdı. Ona görə də mən bu formatda olan görüşləri müxalifət düşərgəsi üçün mənasız və faydasız hesab edirəm. Hakimiyyət üçünsə belə görüşlər imitasiyadan başqa bir şey deyil.

Bu görüş iqtidar-müxalifət dialoquna yol açacağı, problemlərin həllində və münasibətlərin normallaşmasında əhəmiyyət kəsb edəcəyi təqdirdə müsbət qarşılamaq olar.  Fakt və təcrübə onu deməyə əsas verir ki, iqtidar hələ də nəticəli dialoqa ya hazır deyil, ya da buna heç həvəs göstərmir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA