Pənah Hüseyn iqtidar-müxalifət dialoquna qatılacaq

img

11-02-2015 [16:48]


Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sabah keçiriləcək iqtidar-müxalifət dialoqunda iştirak edəcək.

P. Hüseyn APA-ya bildirib ki, "Azadlıq-2015” seçki blokunda təmsil olunan partiya sədrlərinin bugünkü toplantısında dialoqda iştirak haqqında qərar qəbul edilib.

Xatırladaq ki, fevralın 12-dəPrezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiriƏli Həsənovun iştirakı ilə növbəti iqtidar-müxalifət dialoqu keçiriləcək.

İlk görüş 2014-cü il dekabrın 13-də baş tutub.

Həmin görüşdəADPsədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədriFazil Mustafa, BAXCPsədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədriAsim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədriİqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli,Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədriSabir Rüstəmxanlıvə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak ediblər.

P. Hüseyn isə görüşdə iştirak etməmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA