Daha bir rayonda deputatla icra başçısı üz-üzə gəlib

img

11-02-2015 [16:05]


Masallıdan deputat seçilmiş Nəriman Əliyevlə seçiciləri ilə görüşə qadağa qoyulub. 

Mia.az AzFakt.com-a istinadən xəbər verir ki, bu qadağanı rayonun icra başçısı Rafil Hüseynov tətbiq edib: "İcra başçısı deputatın seçicilərlə görüşməsinə imkan verməməklə yanaşı, vətəndaşlarla keçirdiyi səyyar görüşlərə və digər görüşlərə də Nəriman Əliyevi dəvət etmir". 

Sayt iddia edir ki, rayonda Yeni Azərbaycan Partiyasının tədbirlərində də deputatın görünməməsi, ortaya haqlı suallar çıxarıb: "Deputat Nəriman Əliyevin Masallının icra başçısı Rafil Hüseynovdan niyə çəkindiyi və başçının millət vəkilinə hansı səbəbə "qırmızı işıq” yandırması ilə bağlı maraqlı məlumatlar var...".

Yazıda adı keçən tərəfin mövqeyini dərc etməyə hazırıq

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA