Azərbaycanın ABŞ-dakı səfirliyi diplomatlarla tədbir keçirib - Regional müzakirə (FOTO)

img

11-02-2015 [14:47]


Fevralın 10-da  Azərbaycanın Vaşinqtondakı Səfirliyində tarixi İpək yolu boyunca yerləşən ölkələrin regional nəqliyyat infrastrukturlarının inkişafına və bunun region ölkələri arasında ticarətin və əməkdaşlığın inkişafına təsiri mövzusuna  həsr edilmiş dəyirmi masa keçirilib. 

Azərbaycanın Vaşinqtondakı səfirliyindən Mia.az-a daxil olan məlumata  görə, səfirliyimizin təşəbbüsü ilə baş tutmuş tədbirdə ABŞ Hökumətinin nümayəndələri – ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi (Principal Deputy Assistant Secretary) Riçard Hoqland, Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi (Deputy Assistant Secretary) Erik Rubin və ABŞ Nəqliyyat Komandanlğının müavini Vitse Admiral Vilyam Braun iştirak ediblər. 

Tədbirdə eləcə də Gürcüstanın Vaşinqtondakı səfiri Arçil Qeqeşidze, Qazaxıstan səfiri Kairat Umarov, Türkmənistan səfiri Meret Orazov və digər ölkələrin diplomatik nümayəndəlikləri iştirak eləyiblər. 

Dəyirmi masa zamanı regional nəqliyyat infrastrukturu məsələləri, eləcə də  qarşılıqlı əməkdaşlıq məsələlərini əhatə edən mövzular müzakirə olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA