10-02-2015 [13:00]
Xəbər verildiyi kimi, Moskvada "Azərros” Federal Milli-Mədəni Muxtariyyətinin növbədənkənar hesabat-seçki qurultayı keçirilib. Bu qurultay isə Azərbaaycan mediasında daha çox Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini, hazırda Moskvada "qaranlıq otaq”dan səsi gələn Abbas Abbasovun simasında daha çox müzakirə olunur. Bildirilir ki, bu qurultay təşkilatı faktiki Abbas Abbasovun "cəngi”ndən xilas etmək məqsədini daşıyıb və bu olayda Azərbaycan dövləti xüsusi maraqlı olub.
Bəs, əslində, nə baş verib və ya verməkdədir?
Bu və ya digər suallarla bağlı
«Reytinq”i məlumatlandıran Moskvadakı diaspor təşkilatlarından birinin
nümayədəsi maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, «Azərros» yarandığı
gündən bu təşkilat əvvəlcə onun fəxri prezidenti olan Söyün Sadıxovun
nəzarətində olub: «Lakin Azərbaycanda keçirilən son prezident seçkiləri
ərəfəsində Abbas Abbasov bütün gücü ilə bu təşkilatı özünün maraq mərkəzinə
çevirməyi bacardı. O, faktiki olaraq «incə siyasət» yeritməklə bu təşkilatı öz
nəzarətinə keçirdi. Sizə açıq deyə bilərəm ki, o, bu məsələdə təkcə Rusiyanın bəzi
siyasi dairələrindən və hüquq-mühafizə orqanlarından dəstək almadı, həm də
buradakı kriminal qruplardan da yararlandı. Son bir ildə isə, o, təkcə bəzi məclislərdə
Azərbaycan iqtidarı və onun ayrı-ayrı üzvlərinə qarşı açıq fəaliyyəti ilə
seçilmədi, eyni zamanda, onun kimi düşünməyənləri burada sıxışdırmağa da
başladı. Bu isə təşkilatın nüfuzlu və aparıcı fiqurlarının narazılığını
böyütdü. Və ən nəhayət, Söyün Sadıqov özünün də oyuna salındığını anladı. Yəni,
o, faktiki olaraq Abbas Abasov tərəfindən "tora” salındıqlarını fərq etdi. Məhz
bundan sonra o, fəxri prezident kimi, Abbas Abbasov tərəfindən qorxu altında
saxlanılan nüfuzlu ziyalı və biznesmenlərin niyyətlərinə dəstək verib, qurultay
qərarını elan etdi».
Mənbə deyir ki, Abbas Abbasov və onun Rusiyadakı qaranlıq
əməllərindən Azərbaycan dövlətindən daha çox, təşkilat fəallarının narazı
olduğu açıq faktdır: «Bilirsiniz, buradakı azərbaycanlılar Rusiya mühitində
yaşayıb, formalaşıblar. Onları Azərbaycandakı kimi, hər dəqiqə asanlıqla
yönəltmək mümkün deyil. Ona görə də Abbas Abbasova qarşı yaşananları
Azərbaycanla birbaşa əlaqələndirmək mümkün deyil. Bu fikiri Abbas Abbasov və
onun yaxın ətrafının təşkilatdan uzaqlaşdırılmasına səs verənlərin çoxluq
təşkil etməsi də qüvvətləndirir. Yəni hazırkı məqamda Azərbaycan dövləti rəsmi
olaraq bu və digər təşkilatların mobil və monolit fəaliyyətində maraqlı
olduğunu nümayiş etdirir. Elə qurultayda çıxış edən Azərbaycanın Rusiyadakı
səfirinin müavini Qüdsi Osmanovun birləşməyə və monolit fəaliyyətə göstərməyə çağırması
da deyilənlərə işıq sala bilər. Qüdsi
Osmanov, açıq notla bildirib ki, Azərbaycan dövləti hər bir ölkədə güclü,
monolit diasporu olmasında maraqlıdır. Və sonda o, qurultayın işində martın əvvəlinə kimi fasilə
götürməyi və Abbas Abbasovun azsaylı tərəfdarları olan "AzərRos”un Federal
Şurasının üzvləri ilə dialoq qurmağı tövsiyyə edib. Azərbaycan dövlətinin
fikirinin ifadəçisi olan səfir müavini bununla, əslində, Abbas Abbasovu sıradan
çıxarmaq məqsədlərinin olmadığını, onun və tərəfdarlarının da cəlb olunub,
birgə fəaliyyət göstərilməsində maraqlı olduqlarını ifadə edib. Ancaq Abbas
Abbasov buna tam əks mövqedən cavab verib. Yəni, o, barışıq deyil, parçalanmanı
labüdləşdirərək, əsl mahiyyətini göstərməyə başlayıb.
Mənbə deyir ki, Abbas Abbasovun qurultay günü polis gücü ilə iclası
dayandırmaq istəyi və qurultayadan sonra təşkilatın ayrı-ayrı nüfuzlu üzvlərinə
qarşı "əyri yollar”la təzyiqləri də bu fikri qüvvətləndirir: «Abbas Abbasov
qurultaydan sonra kriminal qüvvələri də işə salıb. O, təşkilatın bir neçə
üzvünün evinə hətta krimanal adamlar da göndərib. Bəziləri açıq şəkildə
həddələyib də. Bu isə buradakı azərbacanlıları daha dərindən parçalayır.
Mümkündür ki, bu «razborka»lar da ağır və rüsvayçı hadisələrə də yol açacaq.
Ona görə Abbas Abbasovun əleyhdarları vəziyyətin daha da dramatikləşməməsi üçün
Rusiya dövlətindən yardım istəyiblər.
Bu fakt da onu göstərir ki,
artıq Abbas Abbasovla bağlı olan məsələ daha kəskin xarakter alıb.
Soydaşlarımız Abbas Abbasovun anti-milli faəliyyətindən, hətta onun kriminal
qruplarla əlbir fəaliyyətindən çox narahatdırlar. Və bu narahatlıq onları
birləşməyə məcbur edib. Elə diaspor təşkilatlarımızın ard-arda xüsusi bəyanat
verərək, Abbas Abbasovu kriminal qruplardan istifadə edərək, soydaşlarımıza
təzyiq göstərməsi haqda deyilənlərdə vəziyyətin gərginliyindən xəbər verir”.
Mənbə deyir ki, Abbas Abbasov nəzarətində olan şəxslər və saytlar
vasitəsi ilə Azərbaycan dövlətinin Rusiyadakı diplomatlarını da təhqir
etdirməkdən çəkinmir: "Abbas Abbasov Polad Bülbüloğlunu və növbədənkənar
qurultayda iştirak edib, tərəfləri birliyə çağıran səfirin müavini Qüdsi Osmanovun haqqında
təhqiredici yazılar yazdırır. Bu isə Abbas
Abbasovun bardağı daşırması anlamına gəlir və Rusiyada soydaşlarımız arasında heç
də xoş qarşılanmır. Ancaq görünür,
geriyə yolu olmadığını görən Abbas Abbasov körpüləri yandırmaqda
qərarlıdır...”.
F.ƏHMƏD
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub