Qarabağda "təsadüfi müharibə" başlayacaq!? - Amerikalı ekspert

img

10-02-2015 [11:15]


Dağlıq Qarabağda "təsadüfi müharibə"nin başlanması ehtimalı hər an qalır. 

Bunu "Jamanak" qəzetinə açıqlamasında Qarabağ üzrə amerikalı ekspert Sabina Freyzer bildirib. 

S.Freyzer ermənilərin illər keçdikcə Dağlıq Qarabağ ətrafı ərazini daha çox güzəştə getmək istəmədiklərini deyib. 

O, Dağlıq Qarabağ münaqişə həll edilməsi yolunda danışıqların 2011-ci il Kazan danışıqlarından sonra dalana dirəndiyini də deyib. 

Qeyd edək ki, S.Freyzer buna qədərki son çıxışlarının birində Krım hadisələri və Ukraynadakı mövcud vəziyyətin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə tənzimlənməsinin vacibliyini önə çəkdiyini demişdi:

"Azərbacanın ərazisinin böyük hissəsi işğal edilib. Avropada ən çox qaçqın və məcburi köçkünlər Azərbaycanın payına düşür. Onların çoxu Qarabağın ətrafında olan və işğal edilən rayonlardan gəliblər. Ermənistan əslində blokadadadır. Münaqişənin həll edilməməsi regionun inkişafına mənfi təsir göstərir. Tiflis və Vaşinqtonda azərbaycanlılar və ermənilər bir yerə toplaşırlar, ümumi münaqişələrin həlli yollarını müzakirə edirlər. Münaqişənin həllində əsas prinsiplərə əməl edilməlidir”(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA