Politoloq: “Qarabağın işğalına qərbmeyilli Rusiya iqtidarı dəstək verib”

img

09-02-2015 [15:25]


"Bəzi yerli siyasətçilərin Qərbə olan sevgisi hətta dövlətçilik maraqlarını unutduraraq onların Qrabağa probleminə obyektiv yanaşmasına imkan vermir”.


Bu sözləri XeberLent.az informasiya agentliyinə politoloq Bəhruz Salmanov ölkə başçısı İlham Əliyevin 51-ci Münhen Təhlükəsizlik Konfransında çıxışını şərh edərkən deyib:

Ali Baş Komandanın beynəlxalq tribunadan siyasi incəliklərə diqqət edərək Qarabağ həqiqətləri ilə bağlı çıxışları tam və mükəmməldir. Son zamanlar dövlət rəsmilərimizin, əsasən də, ölkə rəhbərinin beynəlxalq tədbirlərdə ölkəmizə təzyiq göstərərək öhdəliklər qoymaq istəyən xarici güclərə yerini göstərmək kimi çıxışları dövlətimizin güclənməsinin göstəricisidir. Rəsmilərimizin siyasi-iqtisadi münasibətlərdən uğurla, məharətlə faydalanması neçə illər gözləmə mövqeyimizin və dünya ictimaiyyətinin bizi sülhsevər olaraq qəbul etməyinin göstəricisidir. Bəzi yerli siyasətçilərin Qərbə olan sevgisi hətta dövlətçilik maraqlarını unutduraraq onların Qrabağa probleminə obyektiv yanaşmasına imkan vermir. Onların prezidentin Qarabağın işğalında Rusiyanın adını qeyd etməsini istəməsi indiki siyasi vəziyyətdə nəyə xidmət etmiş və hansı faydanı verəcəyini görə bilmirəm. Sizcə bu nə dərəcədə düz olar. Axı bu məsələdə Rusiyanın maraqlı və ya dəstək olduğunu qeyd etmək istəsək gərək Qərbin özünü də qeyd edək. Çünki Qarabağın işğalında Qərbin də zəhməti və canfəşanlığı heç də az olmayıb. Buna Ermənistana, işğal altında olan Qarbağımızda yaşayanlara Qərbin maddi, iqtisadi dəstək verməsi açıq misaldır. Unutmayaq ki, o zaman Qarabağın işğalı dövründə Rusiyanın iqtidarında qərbmeyilli qüvvələr olub. Yəni Qarabağın işğalına qərbmeyilli Rusiya iqtidarı dəstək verib. Bu, Putinin hakimiyyətə gəldikdən sonra apardığı daxili təmizləmədə aydın göründü. O ki qaldı bəzilərinin Almaniya kanslerinin Rusiyanın bu işğal arxasında dayanmağını deməsinə səbəb dövlətimizin bu gün apardığı uğurlu xarici siyasət və əsasən Rusiyaya qarşı olan düşmənçilik mövqeyidir. Bəs Almaniya, Qərb bu günə kimi niyə Rusiya faktorunu qeyd etmirdi ? Çünki maraqlı deyildi. İndi Qarabağ işğalını Rusiyaya təzyiq, təsir mexanizmi kimi istifadə etmək istəyir. Ölkə rəhbəri də Qarabağın işğalında Qərbin və Rusiyanın nə dərəcədə rolu olduğunu yaxşı bilir və ona görə də Qərbin bu siyasi oyununa getmədi.


Qeyd edək ki, İlham Əliyev çıxışı zamanı ermənistana da sərt mesajlar ünvanlamışdı:"Mənim Ermənistana mesajım budur...”; "Erməni əsgər Ağdamda nə axtarır, əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin...” deyən ölkə başçısı Münhendə bir daha işğalçının torpaqlarımızdan çıxmasını tələb elədi; prezidentin Qarabağ bəyanatına qazilər, müxalifət və siyasi ekspertlərdən ilginc reaksiyalar gəldi...

- See more at: http://xeberlent.az/index.php?do=xeber_inner&id=9563#sthash.PT5tpA6p.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA