Partiya sədrləri "Ümid"ə toplanıb - Tədbir

img

07-02-2015 [18:55]


Ümid Partiyasının qərargahında "Qarabağ" blokunun təşəbbüsü ilə "Qərbi Azərbaycan problemi və Qarabağ”adlı elmi-praktiki konfransa keçirilib.

Partiyadan Mia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Ümid Partiyasının sədr müavini Rüfət Muradlı konfransin keçirilməsi və bu problemə Bütöv Azərbaycan kontekstində yanaşılması zərurəti haqda qısa məlumat verdikdən sonra QARABAĞ bloku adından tədbir iştirakçılarını salamlamaq üçün sözü ADP-nin sədri Sərdar Cəlaloğluna verib. 

Daha sonra konfransın məruzəsi dinlənilib. 

Məruzəçi Yasəmən Qaraqoyunlu Qərbi Azərbaycan probleminin kökləri, Qarabağın işğalının məhz Qərbu Azərbaycanla başlanması haqda geniş məlumat verdikdən sonra problemin çıxış yollarını təqdim edib. Problem haqda hökümətin və müxalifətin strateji proqramının zəruriliyi, bu haqda xüsusi informasiya siyasəti, beynəlxalq arenada fəal iş aparılması, Qərbi Azərbaycan mühaci hökumətinin yaradılması, Qarabağ danışıqlarında Qərbi Azərbaycan icmasının da iştirak etməsi irəli sürülən təkliflər sırasında idi. 

Məruzə ətrafında çıxış edənlər VHP sədri Sabir Rüstəmxanlı, BAO təmsilçisi Şirvani Ədilli, tarixçi-alim Dilavər Əzimli, " Qərbi Azərbaycana Qayıdış” İB-nin sədri Rizvan Talıblı və başqaları Qərbi Azərbaycandan deportasiyanın başlanması, qondarma erməni soyqırımı iddiaları, Qərbi Azərbaycan sorunu ilə Qarabağ sorununun pararlel aparılması haqda öz düşüncələrini bölüşüblər, tarixi torpaqlarımızın Qərbi Azərbaycan deyil, məhz İRƏVAN Xanlığı adlandirilmasi fikrini irəli sürüblər.

Konfransın sonunda iştirakçılar tərəfindən Azərbaycan və Türkiyə rəhbərliynə BMT Baş katibinə ünvanlanmaq üçün azərbaycanlıların doğma yurd yuvasından qovulması ilə bağlı həqiqətləri özündə ehtiva edən müraciətin hazırlanması haqda qərar qəbul olunub. Habelə 2015-ci ilin İrəvan Xanlığı ili elan olunması haqda da ictimaiyyətə müraciət edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA