Fikrət Yusifovun gizli qisas planı haqda şok iddia

img

06-02-2015 [22:00]


2005-ci ilin parlament seçkiləri ərəfəsində dövlət çevrilişi əməliyyatının əsas fiqurantlarından olan sabiq maliyyə naziri Fikrət Yusifov yenidən "efirdədir”

Çoxsaylı media quruluşlarında gedən məlumatlara görə, o zaman verdiyi ifadələrlə bir çox məmurların, sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyev, "Azərkimya”nın o zamankı sədri Fikrət Sadıqov və digər şəxslərin həbsinə səbəb olan F.Yusifovun 2015-ci ilin parlament seçkiləri ərəfəsində yenidən siyasi səhnəyə dönməsi təsadüfi deyil. 

Məlumata görə, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri qiyafəsində siyasətə dönən sabiq nazir bir sıra sabiq məmurlar, hakimiyyətdən narazı olan bir çox qüvvəllərlə iş birliyindədir.

Məlumatlarda o da bildirilir ki, üzdə hakimiyyətin iqtisadi siyasətini dəstəklədiyini göstərməyə çalışan F.Yusifov əslində böyük oyunların içərisindədir. Bu oyunlar isə heç də hakimiyyətin xeyrinə deyil və F.Yusifovun yenidən siyasətə qayıtmasının əsas səbəbi 2005-cildə reallaşdıra bilmədiyi işlərərə görə və oyuna düşdüyünü hesab etdiyi üçün qisas planlarının olmasıdır. Sabiq nazirin 2015-ci ilin parlament seçkiləri ilə bağlı ciddi planları var və bunun üçün hakimiyyətdəki qüdrətli klanlardan birindən maliyyə dəstəyi alır. Onun və dəstəkçilərinin əsas hədəfi isə hakimiyyətin ən üst düzeyində olanlardır(Gunxeber.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA