Qubad İbadoğlunun tərəfdarları qərargahı tərk etdilər - YENİLƏNİB

img

06-02-2015 [19:57]


Qubad İbadoğlunun tərəfdarları Müsavat Partiyası Divanının qərarını gözləmədən qərargahı tərk ediblər.

APA-nın məlumatına görə, Q. İbadoğlu bildirib ki, onun iştirakı olmadan keçirilən iclas nizamnaməyə ziddir.
Qərarın formal xarakter daşıdığı üçün onları maraqlandırmadığını deyən Q. İbadoğlu qeyd edib ki, hansı qərarın veriləcəyindən asılı olmayaraq o və tərəfdarları partiyadakı fəaliyyətini davam etdirəcəklər.
***
Bu gün fəaliyyəti ilə əlaqədar Müsavat Partiyasının Divanına çağırılan başqanlığa sabiq namizəd, ADR Hərəkatının təşkilat komitəsinin sədri Qubad İbadoğlu Müsavatın Divanına qatılmaqdan imtina edib.
APA-nın məlumatına görə, Q. İbadoğlu və tərəfdarları Divanın iclasını tərk ediblər. Q. İbadoğlu bildirib ki, əvvəlcədən toplantıda videoçəkiliş, səs yazısı və müşahidəçilərin olacağı razılaşdırılsa da, partiya rəhbərliyi Divanın iclasına qatılarkən ona bildirilib ki, videoçəkilişin aparılması qadağandır.
Onlar buna etiraz olaraq iclası tərk ediblər.
Hazırda Q. İbadoğlu və tərəfdarları Müsavat Partiyasının qərargahındadırlar, digər tərəfdarları da qərargaha gəlirlər.
Q. İbadoğlu APA-ya açıqlamasında bildirib ki, onun iştirakı olmadan keçirilən iclasda veriləcək qərar məlumdur.
Hazırda Müsavat Partiyasının Divanı onun iştirakı olmadan aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA