"Sən elə danışdın ki, məni ağlamaq tutdu" - Spiker deputata belə dedi

img

03-02-2015 [00:53]


Azərbaycan parlamentinin dünən keçirilən iclasında spiker Oqtay Əsədov ilə deputat Etibar Hüseynov arasında maraqlı olay yaşanıb. 

Çıxış edən deputat E. Hüseynov Azərbaycanda polis əməkdaşlarının son vaxtlar təzyiqə məruz qaldığını bildirərək onların səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb və bunu təklif edib.

O. Əsədov deputatın təklifinə belə cavab verib: "Etibar Hüseynov, sən elə danışdın ki, məni ağlamaq tutdu. Bizim polisə nə olub ki? Polisimiz necə lazımdır, yüksək səviyyədə işləyir və vəziyyətləri də yaxşıdır. Heç bir təzyiq-filan, yaxud çətinlik yoxdur. Bir az danışanda, nəsə təklif verəndə diqqətli olmaq lazımdır. Axı bura parlamentdi..”(Lent.az). 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA