Jurnalist Seymur Həzi 5 il azadlıqdan məhrum edildi

img

29-01-2015 [19:21]


Yanvarın 29-da Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə proses keçirilib. Modern.az saytı xəbər verir ki, məhkəmənin hökmü ilə jurnalistə 5 il iş kəsilib.

Yanvarın 22-də Abşeron rayon məhkəməsində prokuror Seymur Həziyə 6 il iş istəmişdi.

Seymur Həzi 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA