28-01-2015 [19:06]
Cəmiyyətin aktiv və inkişafda olan hissəsi olan gənclərə daim diqqət və qayğı göstərilməsi vacib amildir. Çünki cəmiyyətin gələcək inkişafı məhz bu gənclərdən asılıdır. Sağlam cəmiyyətin formalaşdırılması və qorunub saxlanması üçün gənclərin öz şəxsi inkişafını, o cümlədən potensialını ortaya qoymaq üçün imkanlarının olması zəriridir. Düşünürəm ki, ölkəmizdə gənclər sahəsində kifayət qədər uğurlu gənclər siyasəti həyata keçirilir. Lakin bununla belə bir sıra problemlər də mövcuddur. Odur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaqdır. Bundan əvvəl gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq burada da gəncliyin gələcək inkişafının müxtəlif aspektləri nəzərdə tutulub. Azərbaycan gənclərinin inkişaf strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq daha geniş şəkildə birbaşa gənclərin inkişafına yönəlmişdir.
Strategiyanın hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün
sahələr əhatə olunubdur. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və
ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər. Strategiyanın
məqsədlərinə nəzər salsaq burada da gənclərin maarifləndirilməsindən tutmuş
onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb.
Bu gün cəmiyyətdə müxtəlif səbəblərdən müxtəlif təbəqələrdə narazı gənclərin olduğu danılmazdır. Məhz bu gənclər həyatda bir qədər çətinliklə üzləşdikdə bunun günahını dövlətdə görür və müxtəlif qrupların hədəfinə çevrilir. Lakin inanırıq ki, bu cür proqramlara məhz həmin gənclərin də cəlb edilməsi onların həyat istəklərini tapmasına, risklərin daha öncədən görülməsinə səbəb olacaq. Həmçinin cəmiyyət üçün daha faydalı olan işlərlə məşğul olacaqlar. Strategiya gənclərin həqiqətən dövlətin onlara yaratdığı imkanlardan istifadəsinə imkan yaradır ki, gənclər bu kimi imkanlardan istifadə edərək Azərbaycanın maraqlarını istər yerli istər beynəlxalq səviyyədə, milli mənəvi dəyərlərimizi qorunması istiqamətində inkişafa aparacaqdır.
Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir.
Dövlətimiz gələcəyimiz üçün xeyirli işlər görür. Azərbaycan gənci öz həyatını
qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz
fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü
vətənpərvərlik hissləri tam imkan verir. Azərbaycanda gənclərin vətənpərvər
ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir ki, bu yöndə böyük işlər
görülməyə başlanıb. Torpaqlarımızın bir qisminin işğal altında olduğu şəraitdə
bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki bizlərin
qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından
ibarətdir.
Burada digər bir məsələ də strategiyanın icrası ilə bağlıdır. Gənclərin inkişafı üçün strategiyada nəzərdə tutulmuş addımların sadəcə olaraq konfranslar, seminarlar formatında deyil birbaşa gənclərə təsir edə biləcək əməli şəkildə tətbiq edilməsi də zəruridir. Eyni zamanda bu işdə müxtəlif gənclər təşkilatlarını, ictimai birliklərin cəlb edilməsi, onlar arasında koordinasiya edilərək birgə proqramların icrası üçün layihələrin dəyərləndirilməsi önəmlidir.
Məsələn, stategiyanın icra müddəlarından biri "gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması”dır. Əlbəttə, gənclər üçün regionlarda bu gün şəraitlər yaradılmaqdadır. Lakin gəncin aktiv, enerjili olduğunu nəzərə alaraq bölgələrdə də paytaxtdakı kimi müxtəlif infrastukturlar (asudə vaxtların keçirilməsi üçün məkanlar, sürətli internet və s.) yaradılması gəncin özünü elə paytaxtda hiss etməsini təmin etmək onların stimuluna səbəb ola bilər.
"İRƏLİ” İctimai Birliyi Azərbaycan Gənclər Siyasətinin aparılmasında,
onun müddəalarının icrasında, birbaşa gənclərə yönəlik tədbirlərin həyata
keçirilməsində, gənclərin dövlətin yaratdığı bu kimi imkanların istifadəsində
yaxından rol almış və bu ildə Azərbaycan Gənclərinin İnkişaf Strategiyasının
inkişafında öz töhvəsini verəcəkdir.
Düşünürəm ki, cənab Prezident tərəfindən təsdiq edilən bu strategiya, Azərbaycanın dövlətçilik maraqlarına uyğun olaraq həyata keçirilərək, birbaşa gənclərin qərar qəbuletmə zamanı inkişafına, sağlam mühitdə sağlam gəncliyin yetişməsinə xidmət edəcəkdir.
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET