Arif Hacılı: “Qubad İbadoğlu Müsavata vura biləcəyi bütün zərbələri vurdu”

img

28-01-2015 [11:33]


"Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
A. Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunu anti-müsavat kampaniyasının lideri olmaqda ittiham edib: "Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmamışdı. Ətrafındakı qrupla anti-müsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA