“Neftin uçuzlaşmasına Əli Kərimli sevinir”

img

26-01-2015 [14:35]



"Əli Kərimli 2013-cü ildə Rusiyanın yaratdığı "Milli Şura” layihəsinin əsas aparıcı adamı olub. Bu adam Rusiyanın əli ilə hakmiyyətə gəlmək istəyirdi. İndi isə bütün imkanlarını işə salıb ki, keçən il Rusiyanın tapşırıqlarını yerinə yetirdiyini xalqa, Qərb dairələrinə unudursun. "Milli Şura”nın Rusiya prezidenti Vladmir Putinə yazdığı "şanlı” məktub hamının yadındadır.” –bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bir il qabaq Əli Kərimli Rusiya prezidenti Vladimir Putini demokrat adlandırdı:” Əli Kərimli deyildi ki, "Milli Şura” vasitəsi ilə Putini "ən böyük demokrat” adladıran? Heç bir il keçməyib. Əli Kərimli elə bilir ki, xalq bunu unudub? İndi nə baş verib ki, bütün günü Rusiyanın əleyhinə danışırsan? Nə tez unudun Putinə yazdığınız "şanlı” məktubu?! Əli Kərimli indi də özünü təzədən "qərbyönümlü” siyasətçi kimi göstərmək istəyir. Ancaq unudur ki, Qərb də yaxşı bilir ki, Əli Kərimliyə sona qədər inanmaq olmaz. İstənilən vəziyyətdə öz mövqeyini dəyişir. Bu adam İran molla rejiminin dəstəyini də almaq üçün molla da olmağa hazır olan birisidir. Onun məhz bu cür mövqeyinə görə, Əbülfəz Elçibəyin yaratdığı AXCP-də bir nəfər də olsun qalmayıb. Elçibəy dünyasını dəyişəndən sonra AXCP-nin ən ali orqanı olan Rəyasət Heyətinin 19 nəfər üzvü, Elçibəyin bütün müavinləri, müşavirləri Əli Kərimlinin yanından istefa verib gedib. Hər kəsə xəyanət etməyi bacaran buadamla uzun yol getmək mümkün deyil. Xatırlayırsınızsa 2001-ci ildə mərhum prezident Heydər Əliyev Ki Vestdə (ABŞ) Ermənistan prezidenti Robert Koçaryanla Qarabağ bağlı danışıqlar getdiyi vaxtda Azərbaycan müxalifəti Bakıda mitinq təşkil etmişdi. O zamnkı ABŞ-ın Azərbaycandakı səfri Əli Kərimli ilə görüşüb həmin mitinqi təxirə saldırdı. Səfin tapşırığını dərhal icra etdi. Halbuki danışıqlar Azərbaycanın milli maraqlarına cavab vermirdi. Azərbaycan müxalifətinin mitinq vasitəsi ilə etiraz etmək təşəbbüsünün qarşısını məhz Əli Kərimli aldı.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı həmçinin də bildirib ki, bu gün dünyada neftin uçuzlşamasına Azərbaycanda sevinən Əli Kərimlidir: Bütün günü özünün mətbuata orqanı olan "Azadlıq” qəzetində və sosial şəbəkədə yaydığı yazılardan da açıq görünür ki, neftin uçuzlaşmasına uşaq kimi sevinir. Azərbaycan elə bir ölkələrdəndir ki, onun dövlət büdcəsinin əsas hissəsi neftdən gələn gəlirlə dolur. Buna neçə sevinmək olar?! Bu budcə Azərbaycan xalqının yaşayış səviyyəsini artırmaq üçündür. Bu vəsait hesabına təqaüdçülərə, həkimlərə, müəllimlərə, aztəminatlı ailələrə, əlilərə, tələbələrə pul verilir. Azərbaycan ordusuna böyük həcimdə maliyyə vəsaiti ayrılır. İşğal altında olan bir ölkənin ordusu gücləndirilir. Artıq Azərbaycan ordusu ən inkişaf etmiş ordular siyahısına daxil edilib. Evi olmayan yüz minlərlə qaçqın soyadşımıza dövlət büdcəsi hesabına evlər tikilir. Bütün bunlar neftdən gələn gəlir hesabına olur. Məncə, buna həm düşmənimiz ermənilər, həm də dediyim kimi Əli Kərimli sevinir. Əli Kərimli düşünür ki, neft uçuzladıqdan sonra ölkədə ciddi sosial narazılıq yaranacaq və xalq bu narazılıqdan istifadə edib sosial partlayış edecək. Bütün təblığatını buna yönəldib. Elə bilir ki, ölkədə sosial partlayış olsa bu hakkmiyyətə gələ biləcək. Ancaq undur ki, heç bir inqilablar xalqa xeyir gətirmir. 2011-ci ildən indiy kimi yaxın Şərqdə baş verən inqlablara baxın. Ölkələrxarabalığa çevrilib. Yüz minlərlə insan günahsız yerə qətlə yetirilib. Ölkə iqtisadiyyatı çöküb. Şəhərlər dağılıb, viran qalıb. Artıq bu ölkələrdə tayfa, ailə davaları gedir. Ən azı bu ölkələrin iqtsadıyyatına milyardlarla dollar ziyan deyib. Ölkənin yenidən qurulması üçün milardlarla dollar vəsait lazım olacaq. Demək olarki inqilab baş vermiş ölkələr özünə gəlmə üçün 50 il vaxt lazım olacaq. Azərbaycan toplumu da bunu çox yaxşı bilir. Boş yerə sevinməsin...”

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA