NATO-dan Qarabağ açıqlaması

img

26-01-2015 [09:43]


NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır. 

Bunu Trend-ə NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O bildirib: "Düşünmürəm ki, NATO-nun müəyyən rolu prosesi irəli aparmağa kömək edə bilər, lakin alyans münaqişənin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

C. Appaturayın sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinə ən yüksək səviyyədə beynəlxalq diqqət göstərilir: "Xüsusi nəzərə almaq lazımdır ki, bu yaxınlarda Fransa Prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb".

O qeyd edib ki, 20 il ərzində danışıqlarda ABŞ, Fransa, Rusiyanın həmsədrliyi ilə Minsk qrupu və bu ölkələr daim iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA