"Çirkli oyunların durdurulması üçün addım atın..." - Zəlimxan Məmmədli İlham Əliyevə səsləndi

img

24-01-2015 [21:11]


"Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Prezident İlham Əliyevə müraciət edib.

Mia.az Zəlimxan Məmmədlinin müraciətini təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə səslənirəm.

Cənab Prezident, Gürcüstan tərəfindən Azərbaycan Respublikasının vətəndaşını, Borçalı Cəmiyyəti kimi strateji əhəmiyyətli layihələr həyata keçirən təşkilatın sədrini, ömrünü Azərbaycanın milli və dövlət maraqlarının qorunmasına, Gürcüstan və Azərbaycan arasında dostluq, barış və sülhün möhkəmlənməsinə, Gürcüstanda məskunlaşmış soydaşlarımızın qarşılıqlı inteqrasiyasına, onların vətəndaş hüquqlarının ən yüksən səviyyədə təmininə, idmanın inkişafına, əhalinin sağlamlığının qorunmasına həsr etmiş, Gürcüstan doğumlu Zəlimxan Məmmədlinin Gürcüstana-ata-baba yurduna buraxılmasına yasaq qoyulması və onu absurd "dövlət təhlükəsizliyinə təhdiddə suçlanılması Azərbaycanın milli və dövlət maraqlarına həqarətli yanaşmadan başqa bir şey deyildir.

Gürcüstanı bunun fərqində olmağa dəvət etmək zamanıdır. İnanıram ki, dövlətimizin başçısı olaraq mənim və rəhbərlik etdiyim təşkilatın üzərində oynanılan çirkli oyunların durdurulması və vətəndaş hüquqlarımın təmini, soydaşlarımızın daha üstün mövqe qazanmaları üçün bu problemi nəzarətə götürəcək və lazımı hüquq diplomatik addımlar atacaqsınız. 

Hörmətlə, Zəlimxan Məmmədli".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA