Qafqazinfo.az saytına şiddətli haker hücumu

img

23-01-2015 [17:55]


Bu gün saat 17 radələrindən etibarən qafqazinfo.az saytına misli görünməmiş haker hücumu baş verib. Bu barədə saytın redaktoru Elbrus Ərud musavat.com-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, 1 saniyədə 300 GB hücum gəlir və son nəticədə saytın İP-ləri bloka düşüb: "Hazırda bu hücumun dayanmasını gözləyirik. Yarım saatdır ki, bu vəziyyətdir. Texniki xidmət deyir ki, bu günə qədər hələ belə bir hücum qeyd alınmayıb”. 
Müsahibimiz hücumun mənbəyi barədə konkret ad çəkmək istəmədi. Onun sözlərinə görə, dünəndən etibarın saytda xeyli maraqlı, eləcə də kəskin yazılar dərc edilib: "Kimdən şübhələnməyimiz barədə konkret ad çəkmək istəmirik. Bu, qeyri-peşəkarlıq olar. Gün ərzində saytda ən azı 100 material dərc edilir. Fakt ondan ibarətdir ki, sayt hər zaman işlədiyi kimi işləyib. Amma ola bilsin ki, hansısa material kiminsə marağına uyğun gəlməsin. Bütün hallarda saytın öz fəaliyyətini yenidən bərpa etməsi üçün çalışırıq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR