Hafiz Hacıyevdən növbəti təyinat

img

23-01-2015 [14:37]


Bu gün Müsasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev partiyanın strukturlarının formalaşdırılması ilə bağlı növbəti əmrini verib.

MMP-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Hafiz Hacıyev yeni əmrlə partiya sədrinin ideoloji məsələlər üzrə müavinini müəyyənləşdirib. Belə ki, MMP sədrinin əmri ilə psixologiya üzrə fəlsəfə doktoru İsmayılova Könül Vaqif qızı ideoloji mətbuat məsələlər üzrə müavin təyin olunub.

Partiyadan o da bildirilib ki, 2015-ci il parlament seçkiləri olduğundan MMP-nin digər strukturlarının da fəaliyyətinin gücləndirilməsi üçün islahatlar aparılacaq. Buna səbəb isə H.Hacıyevin payızda keçiriləcək parlament seçkilərinə daha mobil güclü komanda ilə getmək istəməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA