Yazıçılar Birliyinin qəzetində təyinat oldu

img

22-01-2015 [20:42]


Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin iclası keçirilib.

Birliyin mətbuat xidmətindən verilən məlumata görə, gündəlikdəki məsələlər "Ədəbiyyat qəzeti”nin baş redaktorunun təsdiqi və internet resurslarının təkmilləşdirilməsi məsələlərinin müzakirəsindən ibarət olub.

Müzakirə zamanı "Ədəbiyyat qəzeti”nin baş redaktor əvəzi Azər Turan qəzetin baş redaktoru vəzifəsinə təsdiq olunub.

İnternet resurslarının təkmilləşdirilməsi məsələsinin müzakirəsi zamanı qərara alınıb ki, AzYB.net saytı yenilənsin və "Vikipediya”da Azərbaycan yazarları haqqında məlumatlar, yaradıcılıqlarından nümunələr müntəzəm olaraq bir neçə dildə təqdim edilsin.

Qeyd edək ki, yazıçı Elçin Hüseynbəyli "Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsindən istefa verəndən sonra Azər Turan onun vəzifəsini əvəz edirdi (APA).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA