Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı - Audio

img

22-01-2015 [16:00]


Sosial şəbəkələrdə Vəfa Quluzadənin maraqlı bir səs yazısı yayılıb. 

Mia.az avropa.info-ya istinadən xəbər verir ki, audioda Qərb dünyasına müsbət mövqeyi ilə tanınan politoloq Vəfa Quluzadə ABŞ-ı sərt şəkildə tənqid edərək, ermənilərə dəstək verməkdə ittiham edir. "Azadlıq” radiosunda hazırda həbsdə olan Xədicə İsmayılın verlişinə qatılan Vəfa Quluzadə adı çəkilən radionu erməniləri dəstəkləməkdə suçlayır. Verliş zamanı ABŞ-ın əleyhinə danışan və müsəlman, türk olduğumuz üçün Azərbaycanın təzyiqlərə məruz qaldığını deyən Vəfa Quluzadənin sözləri Xədicə İsmayıl tərəfindən kəsilir. Bundan sonra Vəfa Quluzadə "Azadlıq” radiosunun ABŞ-dan aslı olduğunu və bu dövlətin tapşırıqlarını icra etdiyini deyir.

Xatırladaq ki, bu lent yazısı 2012-ci ildə yazılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA