22-01-2015 [09:53]
Azərbaycan
xalqının azadlıq və müstəqillik tələblərini silah gücünə boğmağa çalışmış Sovet
qoşunlarının törətdiyi 1990-ci il 20 yanvar hadisələrindən 25 il ötür. Azərbaycan
xalqı üçün faciəvi olduğu qədər də, hüdudsuz bir qürur mənbəyi olan bu hadisələrin
25-ci ildönümüVətənimizin bütün şəhər və bölgələri, eləcə də dünyanın müxtəlif
məmləkətlərində olduğu kimi, Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən
yanvarın 21-dətəşkil olunmuş xüsusi mərasimlə yad edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a verilən məlumata görə, ABŞ-da yaşayan Azərbaycan və türk icmalarının çoxsaylı təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 25 il öncə baş vermiş hadisələri xatırladaraq, ilk növbədə tədbir iştirakçılarını "20 Yanvar" şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət etmişdir. Bunun ardınca, o, "Qanlı Yanvar” faciəsinin Azərbaycan xalqının milli-mənəvi dirçəlişi və ölkəmizin müstəqillik yolunda daha inamla irəliləməsinə təkan verdiyini söyləmişdir. 1990-cı ilin yanvarında Moskvada tələbə olduğunu demişE.SüleymanovBakıdakı qanlı hadisələrin ardınca Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, səsləndirdiyi tarixi bəyanatdan bəhs etmiş və bu bəyanatın əslində Azərbaycanın gələcək müstəqilliyi ilə bağlı mümkün bütün şübhələrə qəti cavab vermiş olduğunu bəyan etmişdir. Səfir qeyd etmişdir ki, SSRİ-nin ən məşhur Azərbaycanlı lider olmuş Heydər Əliyevin Azərbaycanın ağır günlərində xalqın yanında olması milli birliyin təmin edilməsinə əvəzedilməz bir xidmət olmuşdur. O, əlavə etmişdir ki, "20 Yanvar” Azərbaycanın müstəqilliyi və cəmiyyətin müxtəlif üzvi hissələrinin möhkəm birliyinə olan sadiqliyimizinrəmzidir.
Daha sonra mərasimdə
Azərbaycan tarixi üzrə çoxsaylı araşdırmaların müəllifi, Massaçusets Amherst
Universitetinin professoru və hazırda Vaşinqtonda VudroVilson Mərkəzində ziyarətçi
tədqiqatçı olan OdriOlstadt (AudreyAltstadt)
"20 Yanvar” hadisələrinin tarixi aspektlərinə nəzər salmış və həmin günlərdə
onun özünün topladığı əyani materiallara istinad etmişdir. O.Olstadt "Qara
Yanvar”ınSovet rəhbərliyinin ümid etdiyi kimi, Azərbaycan
xalqını susdurmaq əvəzinə, onun müstəqillik qazanmaq iradəsiniəksinə olaraq daha
da möhkəmləndirdiyinivurğulamışdır. O, eyni zamanda ABŞ tarixi ilə birbaşa
paralel apararaq, ABŞ PrezidentiAbraham Linkolndan gətirdiyi bir tarixi sitata
istinad etmiş və hər bir xalqın müstəqillik və azadlıq yolunda qurban verməsiniyalnız
faciəvi bir hadisənin xatirəsi kimi deyil, həmçinin mütərəqqi gələcək qurmağa
ilhamlandıran bir mənbə kimi qəbul edilməsini istəmişdir.
Azərbaycan
icmasının fəal üzvlərindən Həbib Azərsina öz növbəsində "20 Yanvar” faciəsi barədə
məlumatların ABŞ mediası və ictimaiyyətinə yalnız məhdud şəkildə çatdığını qeyd
edərək, həmin günlərdə Azərbaycanla əlaqə yaradıb, məlumat toplanması istiqamətində
görülmüş tədbirlər barədə danışmışdır. O, həmçinin qanlı hadisələrin ardınca Azərbaycan
xalqının səsini Vaşinqtonda eşitdirmək üçün vaxtilə SSRİ-nin ABŞ-dakı Səfirliyi
qarşısında digər soydaşlarımızla birgə keçirdikləri etiraz aksiyasından söz
açmışdır.
Mərasim çərçivəsində
tədbir iştirakçılarına 1990-cu ilin yanvarında Bakının küçə və meydanlarında
lentə alınmış və "20 Yanvar” hadisələrini həkk etdirən fotoşəkillər nümayiş
olunmuşdur.
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir